Hud surəsi · 28-ci ayə

Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (ilahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Nuh öz qövmünə) dedi: "Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!”
    Nöqtələr
    Bu ayə müxaliflərin ötən ayədə bəyan olunmuş iki iradına cavab verir:
    a) Kafirlər deyirdilər ki, sən bizim kimi bir insansan. Ayə cavab verir ki, mən zahirdə sizin kimi olsam da, mənə Allahın xüsusi rəhməti lütf olunub və vəhy gəlib.
    b) Müxaliflər deyirdilər ki, sənin ardıcılların sadəlövh və darbaxışlı adamlardır. Ayə cavab verir ki, onlar zahirən zəif görünsələr də, dəlilsiz yox, sübutlar əsasında iman gətirmişlər.
    Peyğəmbərlər müxaliflər qarşısında qəlbigenişlik göstərir, onların böhtanlarına məntiq və dəlil əsasında cavab verirlər.
    Bildirişlər
    1. Peyğəmbərlər xalqın içərisindən çıxmış, daim xalqla olmuş və xalqla mehriban davranmışlar.
    2. Təbliğdə mərhəmət hisslərindən istifadə edək.
    3. Peyğəmbərlər daim dəlil-sübut əsasında dəvət etmişlər.
    4. Nübuvvət məqamı ilahi bir rəhmətdir.
    5. Peyğəmbərlər bütün kamilliklərini Allah tərəfindən bilirlər.
    6. Dəlil, mənəviyyat və nübuvvət məsələlərini dərk etməyən kəs kordur.
    7. İnsan din və məzhəb seçimində azaddır.
    8. İnsanda haqqın qəbulu üçün zəmin olmasa, o, vəhy nurundan faydalana bilməz.

    Tez-tez Verilən Suallar

    Hud surəsi 28-ci ayə haqqında suallar və cavablar

    Hud surəsinin 28-ci ayəsi nə haqqındadır?
    Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (ilahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış...
    Hud surəsi 28-ci ayə hansı surədə yerləşir?
    Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Hud surəsinin tərkib hissəsidir.
    Hud surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Hud surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Hud surəsi 28-ci ayənin təfsiri nədir?
    "(Nuh öz qövmünə) dedi: "Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!” Nöqtələr Bu ayə müxaliflərin ötən ayədə bəyan olunmuş iki iradına cavab verir: a) Kafirlər deyirdilər ki, sən bizim kimi bir insansan. Ayə cavab verir ki, mən zahirdə sizin kimi olsam da, mənə Allahın xüsusi rəhməti lütf olunub və vəhy gəlib. b)...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.