Hud surəsi · 32-ci ayə

Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Müxaliflər) dedilər: "Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.”
Nöqtələr
Mübahisə haqqa əsaslandıqda dəyərlidir.  Batilə əsaslanan mübahisə dəyərlərə ziddir. 
Bildirişlər
1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar.
2. Düşmən haqqın məntiqini höccət adlandırır.
3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq.
4. İnsan hətta əzabın nazil olmasına tələsir.
5. Kafirlər əzaba hazırlıqlarını bildirdikdən sonra həzrət Nuh onları lənətlədi.
6. Kafirlər məntiqə əsaslanmadıqlarından və məntiqi sözləri qəbul etmədiklərindən müzakirələri saxlamaq istəyirlər.
7. Nuh kafirlərə ardıcıl şəkildə əzab vəd edirdi.
8. Kafirlər ya peyğəmbərlərin sədaqətinə şəkk edir, ya da onların dediklərini şübhə altına alırdılar.

Tez-tez Verilən Suallar

Hud surəsi 32-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 32-ci ayəsi nə haqqındadır?
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»
Hud surəsi 32-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 32-ci ayənin təfsiri nədir?
"(Müxaliflər) dedilər: "Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.” Nöqtələr Mübahisə haqqa əsaslandıqda dəyərlidir.  Batilə əsaslanan mübahisə dəyərlərə ziddir.  Bildirişlər 1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar. 2. Düşmən haqqın məntiqini höccət adlandırır. 3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq. 4. İnsan hətta əzabın nazil olmasına tələsir. 5. Kafirlər əzaba hazırlıqlarını bi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.