Hud surəsi · 37-ci ayə

«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(İndi) Bizim nəzərimiz altında, Bizim göstərişimizə və ilhamımıza əsasən 

gəmi düzəlt. Zülm edənlər haqqında bizimlə danışma. Onlar qərq 

olasıdırlar.” 

Bildirişlər 

1. Allah-təala Öz iradəsini təbii yolla gerçəkləşdirir. Daim qeybi işlər 

intizarında olmamalıyıq.  

2. Allahın övliyaları üçün işləmək ar deyil.  

3. Xalqın qurtuluşu üçün nəsihət bəs etmir. Qurtuluş vasitələri hazırlamaq 

zəruridir.  

4. Gəmiqayırmanın yetərincə uzun tarixi var.  

5. Allahın hüzuruna diqqət insanın qəlbini isidir, onu çətinliklər qarşısında 

dözümlü edir.  

6. Kəşf və ixtiralar ilahi ilhamdır.  

7. Peyğəmbərlərin şəfaəti zalımlar üçün səmərəsizdir.  

8. Peyğəmbərlərə qarşı inadkarlıq zülmdür.  

9. Peyğəmbərlərin dua və şəfaəti ilahi müqəddərata tə`sir göstərmir. 

10. Sitəmkarlar üçün dünyəvi əzaba düçar olma təhlükəsi var.  

11. Allah-təala əzab zamanı həqiqətən pak olan insanlara nicat verir.  

 

 

Tez-tez Verilən Suallar

Hud surəsi 37-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 37-ci ayəsi nə haqqındadır?
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»
Hud surəsi 37-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 37-ci ayənin təfsiri nədir?
“(İndi) Bizim nəzərimiz altında, Bizim göstərişimizə və ilhamımıza əsasən  gəmi düzəlt. Zülm edənlər haqqında bizimlə danışma. Onlar qərq  olasıdırlar.”  Bildirişlər  1. Allah-təala Öz iradəsini təbii yolla gerçəkləşdirir. Daim qeybi işlər  intizarında olmamalıyıq.   2. Allahın övliyaları üçün işləmək ar deyil.   3. Xalqın qurtuluşu üçün nəsihət bəs etmir. Qurtuluş vasitələri hazırlamaq  zəruridir.   4. Gəmiqayırmanın yetərincə uzun tarixi var.   5. Allahın hüzuruna diqqət insanın qəlbini isidir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.