Hud surəsi · 43-cü ayə

(Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Nuhun oğlu) dedi: “Tezliklə bir dağa sığınaram ki, məni sudan
qorusun.” (Nuh) dedi: “Rəhm olunmuşlardan başqaları üçün Allahın qəhri
qarşısında heç bir hifz edən (sığınacaq) yoxdur.” (Elə bu vaxt) bir dalğa bu
iki nəfər arasına ayrılıq saldı və o, (Nuhun oğlu) qərq oldu.”


Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Nuhun əhvalatında Kəbə evindən
savay bütün yer üzünü su basdı.”
Bildirişlər
1.Təhlükə zamanı müvəhhid şəxs Allaha, müşrik isə dağa sığınır. Şərq-qərbə,
var-dövlətə, vəzifə və məqama sığınmaq şirkdir.
2. Allahın qəzəbi nazil olduqda möhkəm dağlar belə narın suyun qarşısında
dayanıb kimsəni xilas edə bilmir.
3. Bütün canlı aləm üçün həyat qaynağı olan su Allahın əmri ilə fəlakət və
əzaba dönür.
4. Təbiət hadisələri təsadüfi deyil. Bu hadisələr Allahın hikmət dolu fərmanı
əsasında gerçəkləşir.
5. Allahın qəhr-qəzəbindən yalnız Onun Özünə sığınmaq olar.
6. Kafirlərə qoşulmaq qərq olmaqla nəticələnir.
7. Ailə və qohumluq əlaqələri ilahi cəzanın qarşısını ala bilmir. Peyğəmbər
oğlu atasının gözü qarşısında qərq olduqda, ata bu ilahi əmrə təslim olmalıdır.
8. Bəli, Allah rəhimlidir. Amma O həm də hikmət sahibidir. O bə`zən Öz
rəhməti ilə ana vücudunda körpə üçün süd qərar verir, bə`zən Öz hikməti ilə
atanın gözü qarşısındaca övladın həyatına son qoyur.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 43-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 43-cü ayəsi nə haqqındadır?
(Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.
Hud surəsi 43-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 43-cü ayənin təfsiri nədir?
“(Nuhun oğlu) dedi: “Tezliklə bir dağa sığınaram ki, məni sudanqorusun.” (Nuh) dedi: “Rəhm olunmuşlardan başqaları üçün Allahın qəhriqarşısında heç bir hifz edən (sığınacaq) yoxdur.” (Elə bu vaxt) bir dalğa buiki nəfər arasına ayrılıq saldı və o, (Nuhun oğlu) qərq oldu.” Nöqtələr◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Nuhun əhvalatında Kəbə evindənsavay bütün yer üzünü su basdı.”Bildirişlər1.Təhlükə zamanı müvəhhid şəxs Allaha, müşrik isə dağa sığınır. Şərq-qərbə,var-dövlətə, vəzifə və məqama sığın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.