Hud surəsi · 44-cü ayə

Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Su hər yeri bürüdükdən sonra) deyildi: “Ey torpaq! Suyunu ud. Ey
asiman! (Yağış yağdırmaqdan) dayan.” (Beləcə) su çəkildi, iş başa çatdı və
(gəmi) “Cudiyə” (dağa) yan aldı (oturdu.) Deyildi ki, zalım qövm rədd
olsun!”


Nöqtələr
◘Bu ayə Qur`anın Peyğəmbər (s) dövründən bu günədək natiq və ədibləri
heyrətə gətirmiş ən səlis və bəlağətli ayələrindəndir. Qur`anla mübarizə fikrinə
düşüb onun kimi bir kitab yazmaq istəyənlərin bir çoxu bu ayələrə çatdıqda
fikirlərindən daşınmışlar.
◘“Bələə” dedikdə udmaq, “əqlii” dedikdə geri çəkilmək, “ğiz” dedikdə cəzb
olmaq və suyun azalması başa düşülür.
◘“Cudi” dedikdə ya mütləq bir dağ, ya da bu adı daşıyan hansısa bir dağ
nəzərdə tutulur. Bu dağın harada yerləşməsi barədə müxtəlif fərziyyələr var.
Tədqiqatçıların bu dağla bağlı ehtimal etdiyi məntəqələri nəzərdən keçirək: İraqın
Mosul məntəqəsi, Şam ətrafı, Mosulla Əlcəzairin arası, Ərəbistan, Türkiyədə Ağrı
dağı silsiləsi.
◘Rəvayətlərdə bildirilir ki, Nuhun gəmisi altı ay suda qaldı. Məkkə və Hicaz
məntəqələrindən ötüb nəhayət Allahın əmri ilə çəkilib getdi. (“Təhzibuləhkamdakı” bir hədisə əsasən, su bu günkü Kufə məscidinin yerində soruldu.)
İmam Sadiq (ə) buyurmuşdur: “Nuhun gəmisi novruz günü dağa oturdu.”
Bildirişlər
1. Göyün və yerin şüuru var. Allah onlara xitab edir, onlar da itaət göstərirlər.
Göy və yer Allaha ikrah yox, rəğbətlə itaət göstərirlər.
2. Zalım həlak olduqdan sonra da lə`nətlənməlidir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 44-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 44-cü ayəsi nə haqqındadır?
Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (...
Hud surəsi 44-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 44-cü ayənin təfsiri nədir?
“(Su hər yeri bürüdükdən sonra) deyildi: “Ey torpaq! Suyunu ud. Eyasiman! (Yağış yağdırmaqdan) dayan.” (Beləcə) su çəkildi, iş başa çatdı və(gəmi) “Cudiyə” (dağa) yan aldı (oturdu.) Deyildi ki, zalım qövm rəddolsun!” Nöqtələr◘Bu ayə Qur`anın Peyğəmbər (s) dövründən bu günədək natiq və ədibləriheyrətə gətirmiş ən səlis və bəlağətli ayələrindəndir. Qur`anla mübarizə fikrinədüşüb onun kimi bir kitab yazmaq istəyənlərin bir çoxu bu ayələrə çatdıqdafikirlərindən daşınmışlar.◘“Bələə” dedikdə udmaq, “ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.