Hud surəsi · 45-ci ayə

Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Sonra Nuh öz Rəbbini çağırıb dedi: “Pərvərdigara! Həqiqətən, oğlum
mənim ailəmdəndir və əlbəttə ki, Sənin (ailəmi xilas etməklə bağlı) və`din
haqdır. Sən hakimlərin üstünüsən.”


Nöqtələr
◘Allah-təala Nuhun ailəsinə qurtuluş və`d etmişdi.
 Nuh güman edirdi ki,
yalnız onun zövcəsi məhvə məhkumdur. Bu səbəbdən də öz oğlunu gəmiyə də`vət
etməsi və Allahdan oğlu üçün qurtuluş diləməsi təbii idi.

◘Nuh öz oğlunun kafir olacağını bilsəydi, onun üçün dua etməzdi. Çünki o
həddi aşmış zövcəsi üçün də dua etməmişdi. Ola bilməzdi ki, yer üzünün
kafirlərinə nifrin edən Nuh kafir oğlu üçün qurtuluş diləyə!

Bildirişlər
1. Allaha üz tutub Ona dua edərkən ədəbli olmaq lazımdır. Həzrət Nuh “və`d
etdiyin halda nə üçün oğluma nicat vermirsən” deyə e`tiraz etmədi. Nuh Allahı ən
üstün hakim saydığını qeyd etməklə kifayətləndi.
2. Əgər ilahi yardım olmasa, Allahın övliyaları da səhvə yol verə bilər. Adəmin
yaranış əhvalatında hətta mələklər də onu tanıya bilmədi. Onlar Adəmin
yaranışını fəsad törədib qan tökən bir varlığın yaranışı kimi zənn etdilər. Allahın
yetərli cavabı onları razı saldı.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 45-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 45-ci ayəsi nə haqqındadır?
Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)
Hud surəsi 45-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 45-ci ayənin təfsiri nədir?
“Sonra Nuh öz Rəbbini çağırıb dedi: “Pərvərdigara! Həqiqətən, oğlummənim ailəmdəndir və əlbəttə ki, Sənin (ailəmi xilas etməklə bağlı) və`dinhaqdır. Sən hakimlərin üstünüsən.” Nöqtələr◘Allah-təala Nuhun ailəsinə qurtuluş və`d etmişdi. Nuh güman edirdi ki,yalnız onun zövcəsi məhvə məhkumdur. Bu səbəbdən də öz oğlunu gəmiyə də`vətetməsi və Allahdan oğlu üçün qurtuluş diləməsi təbii idi. ◘Nuh öz oğlunun kafir olacağını bilsəydi, onun üçün dua etməzdi. Çünki ohəddi aşmış zövcəsi üçün də dua etməmişd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.