Hud surəsi · 47-ci ayə

Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Nuh) Dedi: “Pərvərdigara! Bilmədiyim şeyi istəməkdən Sənə pənah
aparıram. Əgər (bu istəyi) mənə bağışlamasan və rəhm etməsən,
ziyankarlardan olacağam.”


Bildirişlər
1. Peyğəmbərlər Allaha dərhal təslim olur.
2. Dualarımızda “Rəbb” çağırışını yaddan çıxarmayaq.
3. Allaha pənah aparmaq çətinliklər zamanı insan üçün ən üstün
sığortalanmadır.
4. Allahın moizələri qarşısında ədəbli və təvazökar olaq.
5. Bir şeyin yaxşı-pisliyini bilmədikdə Allahdan onu istəməyək.
6. Yersiz sual və sözə görə tövbəyə ehtiyac var. (Əgər peyğəmbərlər yersiz
istəyə görə Allaha pənah aparırsa, daim Allahdan yersiz şeylər istəyən bizlər nə
etməliyik?)
7. Öncə bağışlanmaq, sonra rəhmət əldə etmək!
8. Əsl zərər bağışlanmamaqdır.
9. İnsanlar, hətta peyğəmbərlər Allahın lütfü olmadan məqsədə çata bilməzlər.
Allahın mərhəmətindən məhrum olan kəs ziyankardır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 47-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 47-ci ayəsi nə haqqındadır?
Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»
Hud surəsi 47-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 47-ci ayənin təfsiri nədir?
“(Nuh) Dedi: “Pərvərdigara! Bilmədiyim şeyi istəməkdən Sənə pənahaparıram. Əgər (bu istəyi) mənə bağışlamasan və rəhm etməsən,ziyankarlardan olacağam.” Bildirişlər1. Peyğəmbərlər Allaha dərhal təslim olur.2. Dualarımızda “Rəbb” çağırışını yaddan çıxarmayaq.3. Allaha pənah aparmaq çətinliklər zamanı insan üçün ən üstünsığortalanmadır.4. Allahın moizələri qarşısında ədəbli və təvazökar olaq.5. Bir şeyin yaxşı-pisliyini bilmədikdə Allahdan onu istəməyək.6. Yersiz sual və sözə görə tövbəyə ehtiyac v...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.