Hud surəsi · 55-ci ayə

(Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Ondan (Allahdan) başqa hər şeydən (uzağam)! Hamınız mənə qarşı
qurğu qurun və mənə möhlət verməyin. (Mə`lum olsun ki, siz və sizin
bütləriniz heç nə bacarmırsınız.)”


Nöqtələr
◘“İ`tira” dedikdə e`tiraz və hədəfə çatma mə`naları başa düşülür.
◘Həzrət Hud bütpərəstlərin tutduqları yolun puç olduğunu sübut etmək üçün
onları mübarizəyə çağırdı. Nuh da belə etmişdi. O, xalqa dedi: “Siz istədiyiniz işi
görün. Amma bilin ki, mənə bir zərər toxundura bilməyəcəksiniz.”
İslam Peyğəmbərinin (s) də bu sayaq çağırışları var.
Bildirişlər
1. Ad qövmü inanırdı ki, hər bir büt dünyanın müəyyən işlərini idarə edir.
2. Xurafata qarşı çıxmış peyğəmbərlərin, islahatçıların dəli adlandırılması təzə
iş deyil.
3. Şirk və müşriklərdən üz döndərib onlara arxa çevirmək ilahi peyğəmbərlərin
qaydası olmuşdur.
4. Xurafata qarşı qətiyyətlə mübarizə aparılmalıdır.
5. Hudun mübarizəyə çağırışı onun haqq olmasının dəlilidir.
6. Peyğəmbərlər heç bir qüvvədən çəkinmirlər.
7. Bütlərin heç bir qüdrəti yoxdur.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 55-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 55-ci ayəsi nə haqqındadır?
(Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».
Hud surəsi 55-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 55-ci ayənin təfsiri nədir?
“Ondan (Allahdan) başqa hər şeydən (uzağam)! Hamınız mənə qarşıqurğu qurun və mənə möhlət verməyin. (Mə`lum olsun ki, siz və sizinbütləriniz heç nə bacarmırsınız.)” Nöqtələr◘“İ`tira” dedikdə e`tiraz və hədəfə çatma mə`naları başa düşülür.◘Həzrət Hud bütpərəstlərin tutduqları yolun puç olduğunu sübut etmək üçünonları mübarizəyə çağırdı. Nuh da belə etmişdi. O, xalqa dedi: “Siz istədiyiniz işigörün. Amma bilin ki, mənə bir zərər toxundura bilməyəcəksiniz.”İslam Peyğəmbərinin (s) də bu sayaq çağırı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.