Hud surəsi · 56-cı ayə

«Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 56
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Həqiqətən, mən mənim və sizin Rəbbiniz olan Allaha təvəkkül etmişəm.
Onun cilovlamadığı heç bir canlı yoxdur. Həqiqətən, mənim Rəbbim doğru
yol üstədir.”

Bildirişlər
1. Allahın əhatəli rübubiyyətinə diqqət təvəkkül üçün zəmindir.
2. Təvəkkül şücaət zəminidir. (Allaha təvəkkül etməklə dünyanın qabağında
dayanmaq olar)
3. Allahın istəyi olmadan kimsə bir başqasına zərər yetirə bilməz.
4. Allah həm hər şeyə hakimdir, həm də ədalətlidir.
5. Qüdrətdən əlavə ədaləti də olan varlığa təvəkkül edək.
6. Kafirlərin inadkarlığı qarşısında Allahın qəhr-qəzəb və ədalətindən danışaq.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 56-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 56-cı ayəsi nə haqqındadır?
«Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».
Hud surəsi 56-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 56-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 56-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 56-cı ayənin təfsiri nədir?
“Həqiqətən, mən mənim və sizin Rəbbiniz olan Allaha təvəkkül etmişəm.Onun cilovlamadığı heç bir canlı yoxdur. Həqiqətən, mənim Rəbbim doğruyol üstədir.” Bildirişlər1. Allahın əhatəli rübubiyyətinə diqqət təvəkkül üçün zəmindir.2. Təvəkkül şücaət zəminidir. (Allaha təvəkkül etməklə dünyanın qabağındadayanmaq olar)3. Allahın istəyi olmadan kimsə bir başqasına zərər yetirə bilməz.4. Allah həm hər şeyə hakimdir, həm də ədalətlidir.5. Qüdrətdən əlavə ədaləti də olan varlığa təvəkkül edək.6. Kafirləri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.