Hud surəsi · 57-ci ayə

«Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Əgər siz (də`vətimdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, mən nəyə
görə göndərilmişəmsə, onu sizə çatdırmışam və Rəbbim başqa bir dəstəni sizə
canişin edəcək. Siz Ona heç bir zərər toxundurmazsınız. Həqiqətən, Rəbbim
hər şeyə nəzarətçidir.”


Bildirişlər
1. Peyğəmbər xalqı də`vət edib Allahın əmrini çatdırdıqdan sonra yetərli
dəlillər gətirib höccəti tamamlayır.
2. Təbliğatçının vəzifəsi xalqı məcbur etmək yox, dini maarifi çatdırmaqdır.
3. Din təbliğatçısı və ümmətin rəhbəri xalqın biganəliyini öz məğlubiyyəti kimi
qəbul etməməlidir.
4. Xalqın razılıq və ya e`tirazı təsadüfi deyil. Uyğun münasibətlər Allahın
hakim buyurduğu qanunlardan qaynaqlanır. (Şirk, günah, peyğəmbərə qarşı
müxalifət cəmiyyətin tənəzzül amillərindəndir.)
5. Bizim küfrümüz, itaətsizliyimiz, ölümümüz Allaha heç bir zərər vurmur.
6. Allah hər şeyi və hər kəsi qoruyur. Bizim küfr və hiyləmiz Allaha heç bir
zərər vura bilməz.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 57-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 57-ci ayəsi nə haqqındadır?
«Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».
Hud surəsi 57-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 57-ci ayənin təfsiri nədir?
“Əgər siz (də`vətimdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, mən nəyəgörə göndərilmişəmsə, onu sizə çatdırmışam və Rəbbim başqa bir dəstəni sizəcanişin edəcək. Siz Ona heç bir zərər toxundurmazsınız. Həqiqətən, Rəbbimhər şeyə nəzarətçidir.” Bildirişlər1. Peyğəmbər xalqı də`vət edib Allahın əmrini çatdırdıqdan sonra yetərlidəlillər gətirib höccəti tamamlayır.2. Təbliğatçının vəzifəsi xalqı məcbur etmək yox, dini maarifi çatdırmaqdır.3. Din təbliğatçısı və ümmətin rəhbəri xalqın biganəliyini öz ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.