Hud surəsi · 58-ci ayə

Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Qəhr-qəzəb) əmrimiz gələn zaman Hud və onunla iman gətirənlərə Öz
rəhmətimizlə nicat verdik və onları şiddətli əzabdan qurtardıq.”


Bildirişlər
1. Əzab da, qurtuluş da Allahın iradəsinə tabedir.
2. Peyğəmbərlər və onların ardıcılları ilahi qəzəbdən amandadırlar.
3. Peyğəmbərlərə təkcə inanmaq yetərsizdir. Onlarla birlikdə olub, himayə
göstərməkdə zəruridir.
4. Allahın mərhəmət qaynağı Onun Özüdür. Onun qəhr-qəzəbi isə bizim
əməllərimizdən qaynaqlanır.
5. Qurtuluş sözünün təkrarı dünya və axirətdə ilahi qəzəbdən xilas rəmzi ola
bilər.
6. Küləklər də Allahın əmrinə tabedir.

Tez-tez Verilən Suallar

Hud surəsi 58-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 58-ci ayəsi nə haqqındadır?
Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
Hud surəsi 58-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 58-ci ayənin təfsiri nədir?
“(Qəhr-qəzəb) əmrimiz gələn zaman Hud və onunla iman gətirənlərə Özrəhmətimizlə nicat verdik və onları şiddətli əzabdan qurtardıq.” Bildirişlər1. Əzab da, qurtuluş da Allahın iradəsinə tabedir.2. Peyğəmbərlər və onların ardıcılları ilahi qəzəbdən amandadırlar.3. Peyğəmbərlərə təkcə inanmaq yetərsizdir. Onlarla birlikdə olub, himayəgöstərməkdə zəruridir.4. Allahın mərhəmət qaynağı Onun Özüdür. Onun qəhr-qəzəbi isə biziməməllərimizdən qaynaqlanır.5. Qurtuluş sözünün təkrarı dünya və axirətdə ilahi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.