Hud surəsi · 61-ci ayə

Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Ey
mənim qövmüm! Bir olan Allaha pərəstiş edin, sizin üçün Ondan savay
mə`bud yoxdur. Odur sizi yerdən yaradan. Sizdən istəmiş ki, oranı abad
edəsiniz. Ondan bağışlanma diləyin, sonra Ona doğru dönün. Həqiqətən,
mənim Rəbbim yaxın və qəbul edəndir.”


Nöqtələr
◘Həzrət Saleh Nuh və Huddan sonra peyğəmbərliyə çatmış üçüncü şəxsdir.
Bildirişlər
1. Peyğəmbərin xalqla bağlılığı qardaşyana bağlılıq idi.
2. Yaxşı olar ki, təbliğatçı təbliğ olunan məntəqədən olsun.
3. Bütün peyğəmbərlərin məqsədi yeganə Allaha pərəstiş olmuşdur.
4. Allaha ibadətin dəlil və fəlsəfəsi Onun bəşəriyyətə olan sonsuz lütfüdür.
5. İnsanın yaranış qaynağı torpaqdır.

6. İslam dünya və axirəti əhatə edən dindir. (Həm yer üzünün abadlığına, həm
də tövbəyə də`vət edilir.)
7. Allahın istəyi yer üzünün abadlığıdır.
8. Müvəhhidlərin mə`budu düşüncəli, şüurlu, elmli və qüdrətli, eşidən və cavab
verən mə`buddur. Bütlərdə isə bu xüsusiyyətlər yoxdur.
9. Allaha doğru qayıdış asandır və tövbə Allaha yaxınlaşma zəminidir.
10. Bağışlanma istənilsə və tövbə qılınsa Allah qəbul edər.
11. Allah-təala hamıya yaxındır. Bizi Allahdan uzaqlaşdıran öz düşüncə və
rəftarımızdır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 61-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 61-ci ayəsi nə haqqındadır?
Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdır...
Hud surəsi 61-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 61-ci ayənin təfsiri nədir?
“Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Eymənim qövmüm! Bir olan Allaha pərəstiş edin, sizin üçün Ondan savaymə`bud yoxdur. Odur sizi yerdən yaradan. Sizdən istəmiş ki, oranı abadedəsiniz. Ondan bağışlanma diləyin, sonra Ona doğru dönün. Həqiqətən,mənim Rəbbim yaxın və qəbul edəndir.” Nöqtələr◘Həzrət Saleh Nuh və Huddan sonra peyğəmbərliyə çatmış üçüncü şəxsdir.Bildirişlər1. Peyğəmbərin xalqla bağlılığı qardaşyana bağlılıq idi.2. Yaxşı olar ki, təbliğatçı təbliğ olunan məntə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.