Hud surəsi · 63-cü ayə

Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O, Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Saleh) dedi: “Ey mənim qövmüm! Sizin fikriniz budur ki, əgər Rəbbim
tərəfindən mö`cüzəm olsa və Onun rəhmətinə nail olsam (ağzımı bağlayıb
təbliğ etməməliyəmmi?) Əgər Allaha qarşı günah işlətsəm (risalətimi yerinə
yetirməsəm), Onun qəzəbi qarşısında kim mənə yardım göstərəcək? Siz mənə
yalnız zərər-ziyan artırırsınız.”


Bildirişlər
1.Səmavi dinlər və ilahi rəhbərlər xalqı tövhidə zorla yox, aşkar dəlil və
mö`cüzə ilə də`vət edirlər.
2. Nübuvvət məqamı Allahın Öz bəndələrinə olan xüsusi bir rəhmətidir.
3. Peyğəmbərlər öz risalələrində səhlənkarlığa yol verdikdə Allahın qəzəbinə
gəlirlər.
4. Xalqın xoşuna gəlib onların himayəsini qazanmaq fikri ilə Allah və Onun
yolundan əl çəkməyək. Azğın camaat başqaları üçün yalnız zərər-ziyan artırır.
5. Haqla müxalifətçilik zərərdir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 63-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 63-cü ayəsi nə haqqındadır?
Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O, Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan ...
Hud surəsi 63-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 63-cü ayənin təfsiri nədir?
“(Saleh) dedi: “Ey mənim qövmüm! Sizin fikriniz budur ki, əgər Rəbbimtərəfindən mö`cüzəm olsa və Onun rəhmətinə nail olsam (ağzımı bağlayıbtəbliğ etməməliyəmmi?) Əgər Allaha qarşı günah işlətsəm (risalətimi yerinəyetirməsəm), Onun qəzəbi qarşısında kim mənə yardım göstərəcək? Siz mənəyalnız zərər-ziyan artırırsınız.” Bildirişlər1.Səmavi dinlər və ilahi rəhbərlər xalqı tövhidə zorla yox, aşkar dəlil vəmö`cüzə ilə də`vət edirlər.2. Nübuvvət məqamı Allahın Öz bəndələrinə olan xüsusi bir rəhmətidir....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.