Hud surəsi · 65-ci ayə

Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Bütün bu xəbərdarlıqlara baxmayaraq Səmud qövmü) dəvəni kəsdilər.
(Saleh) dedi: “Üç gün evlərinizdə bəhrələnin, (sonra ilahi əzab yetişəcək). Bu,
doğru bir və`ddir.”


Nöqtələr
◘Rəvayətdə oxuyuruq ki, dəvəni bir nəfər öldürdü. Bununla belə Qur`an bütün
xalqın dəvəni öldürdüyünü bildirir. Bunun səbəbi ətrafdakıların qatillə razılaşması
idi. İslamın nəzərincə, hər bir fərdin günahı onun tərəfdar və hamilərinin də
ayağına yazılır.
◘Sual: Üç gün möhlətin mə`nası nə idi?
Cavab: Bunun bir sıra səbəbləri var: Tövbə üçün fürsət vermək, ruhi sıxıntıya
salmaqla əzabı artırmaq (əgər bir şəxsə üç gün sonra öləcəyi xəbər verilsə, həmin
üç gün onun ruhuna ən böyük zərbə olur), bu müddətin tə`yini qeybi bir xəbər
olduğundan, peyğəmbərin haqq olmasının növbəti bir sübutu idi.
Bildirişlər
1. Başqalarının günahı ilə razılaşmaq onların günahına şəriklikdir.

2. Allahın xəbərdarlıqlarını zarafat saymayın.
3. Müqəddəsliklərin təhqiri qəti əzabla nəticələnir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 65-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 65-ci ayəsi nə haqqındadır?
Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
Hud surəsi 65-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 65-ci ayənin təfsiri nədir?
“(Bütün bu xəbərdarlıqlara baxmayaraq Səmud qövmü) dəvəni kəsdilər.(Saleh) dedi: “Üç gün evlərinizdə bəhrələnin, (sonra ilahi əzab yetişəcək). Bu,doğru bir və`ddir.” Nöqtələr◘Rəvayətdə oxuyuruq ki, dəvəni bir nəfər öldürdü. Bununla belə Qur`an bütünxalqın dəvəni öldürdüyünü bildirir. Bunun səbəbi ətrafdakıların qatillə razılaşmasıidi. İslamın nəzərincə, hər bir fərdin günahı onun tərəfdar və hamilərinin dəayağına yazılır.◘Sual: Üç gün möhlətin mə`nası nə idi?Cavab: Bunun bir sıra səbəbləri var: ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.