Hud surəsi · 66-cı ayə

Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Üç gün ötdükdən sonra) Bizim (əzab) fərmanımız gəldi. Saleh və onunla
birlikdə iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları həmin
günün zəlalətindən (xilas etdik). Həqiqətən, sənin Rəbbin yenilməz qüvvə
sahibidir.”


Nöqtələr
“Xizy” dedikdə aşkar olması ilə insanı rüsvay edən eyb nəzərdə tutulur.
Zəlzələ, sel, yoluxucu xəstəliklər kimi təbii bəlalar kafirlərlə yanaşı mö`minləri
də əhatə edə bilər. Necə ki, bir qrup insanın ehtiyatsızlığından çoxları əziyyət
çəkir. Mö`minlər Allahın kafirlərə nazil etdiyi qəzəbdən o zaman nicat tapırlar ki,
“əmr be mə`ruf” və “nəhy əz münkər”i tərk etməmiş olsunlar, azğınlıqlar
qabağında susmasınlar.
Bildirişlər
1. Allah-təala peyğəmbərləri və onların ardıcıllarını öz əzabından qoruyur.
2. Allahın qəzəbindən qurtulmaq üçün iman və peyğəmbərə tabeçilik zəruridir.
3. Peyğəmbərə tabeçilik insanın başıucalıq və izzət səbəbidir.
4. Kafirlərin arasında bir neçə mö`minə nicat vermək Allah üçün çətin deyil.
5. Allah-təala peyğəmbərə təsəlli verir ki, Mən sənin müxaliflərinlə lazımı
şəkildə rəftar etməyə qadirəm. Çünki O, yenilməz qüvvə sahibidir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 66-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 66-cı ayəsi nə haqqındadır?
Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir.
Hud surəsi 66-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 66-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 66-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 66-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 66-cı ayənin təfsiri nədir?
“(Üç gün ötdükdən sonra) Bizim (əzab) fərmanımız gəldi. Saleh və onunlabirlikdə iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları həmingünün zəlalətindən (xilas etdik). Həqiqətən, sənin Rəbbin yenilməz qüvvəsahibidir.” Nöqtələr“Xizy” dedikdə aşkar olması ilə insanı rüsvay edən eyb nəzərdə tutulur.Zəlzələ, sel, yoluxucu xəstəliklər kimi təbii bəlalar kafirlərlə yanaşı mö`minləridə əhatə edə bilər. Necə ki, bir qrup insanın ehtiyatsızlığından çoxları əziyyətçəkir. Mö`minlər Allahın kafirlərə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.