Hud surəsi · 70-cu ayə

Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklər)ik.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(İbrahim) onların (qonaqların) yeməyə əl uzatmadılarını görüb narahat
oldu və qəlbinə qorxu düşdü. (Düşündü ki, onlar öz pis məqsədlərini rahatca
həyata keçirmək üçün çörək kəsmirlər.) Amma qonaqlar dedilər: “Qorxma,
həqiqətən, biz Lut qövmünə (əzab üçün) göndərilmişik.”


Nöqtələr
◘Həzrət İbrahimin keçirdiyi qorxu adi insanların qorxusundan fərqlənirdi.
İbrahim tarixin bütsındıranı idi və heç vaxt nədənsə qorxmamışdı. Amma təhlükə
ehtimalı fərqli bir məsələ idi.
◘İşdə mərhələləri gözləmək lazımdır. Həzrət Lut və onun qövmü həzrət
İbrahimin tabeçiliyində olan qövmlərdən idi. Bu səbəbdən də Lut qövmünün
məhvi üçün həzrət İbrahim bu işdən xəbərdar edilirdi.
Bildirişlər
1. Mələklər maddi qidalardan istifadə etmirlər.
2. Peyğəmbərlərin elmi məhduddur.
3. Həzrət İbrahimin dövründə qonağın süfrəyə əl uzatmaması onun ev sahibi ilə
düşmənçilik nişanəsi sayılırdı.
4. Bə`zən insanın qorxusu mə`lumatsızlıqdan qaynaqlanır.
5. Mələklərin vəzifələrindən biri əzab gətirməkdir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 70-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 70-cu ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklər)ik.»
Hud surəsi 70-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 70-cu ayənin təfsiri nədir?
“(İbrahim) onların (qonaqların) yeməyə əl uzatmadılarını görüb narahatoldu və qəlbinə qorxu düşdü. (Düşündü ki, onlar öz pis məqsədlərini rahatcahəyata keçirmək üçün çörək kəsmirlər.) Amma qonaqlar dedilər: “Qorxma,həqiqətən, biz Lut qövmünə (əzab üçün) göndərilmişik.” Nöqtələr◘Həzrət İbrahimin keçirdiyi qorxu adi insanların qorxusundan fərqlənirdi.İbrahim tarixin bütsındıranı idi və heç vaxt nədənsə qorxmamışdı. Amma təhlükəehtimalı fərqli bir məsələ idi.◘İşdə mərhələləri gözləmək lazımdır. Həz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.