Hud surəsi · 71-ci ayə

Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk
olduqda) sevincindən güldü. Beləliklə, ona İshaq (adlı oğulla) və İshaqın
adınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.”


Nöqtələr
◘“İbrahimin zövcəsi ayaq üstə durmuşdu. (Söhbətləri eşidib) güldü. Biz ona
İshaq (adlı bir övlad)la, İshaqdan sonra Yə`qub (adlı bir övlad)la müjdə verdik.”
İbrahimin zövcəsinin ayaq üstə durması bir neçə səbəblə izah olunur: ibadət üçün;
qonaqlara xidmət üçün; get-gələ və söhbətlərə nəzarət üçün.
◘“Zihk” sözü gülmək mə`nasını bildirir. “Zəhk” sözü isə aybaşı mə`nasını
ifadə edir. İbrahimin zövcəsi qonaqların süfrəyə əl uzatmamasının İbrahim üçün
təhlükə olmadığını bildiyindən gülə bilərdi. Bə`zi təfsirlərdə isə bu gülüş başqa
cür mə`nalandırılır: İbrahimin zövcəsi (Sara) yaşlı bir qadın idi və uzun illər idi ki,
aybaşı olmurdu. O, övladı olacağını eşitdikdə birdən belə hala düşdü və anladı ki,
Allahın iradəsi ilə övlad sahibi ola bilər. İmam Sadiq buyurmuşdur: “Zəhikət”
sözü onun aybaşı olmasını bildirir.”

Bildirişlər
1. Bə`zi səhnələrdə qadının da iştirakı lazım gəlir.
2. Qadının ruhu kişinin ruhundan zərifdir. Həzrət İbrahim də əhvalatı eşitmişdi.
Amma yalnız Sara güldü.
3. Qəmli xəbərlər arasında müjdə də olur.
4. Ən üstün müjdə ardıcıl və davamlı ne`mət müjdəsidir. Ola bilsin ki,
övladlardan biri o birindən sonra gəldiyi üçün “Yə`qub” (“Üqb” sözündən)
adlandırıldı.
5. Peyğəmbərlərin adı öncədən tə`yin olunmuşdur.
6. İlahi mələklərin hər bir dəstəsinin öz vəzifəsi olsa da, haqqında danışılan
mələklərə bir neçə iş tapşırılmışdı. Onlar Lut qövmünü məhv etməli, İbrahim və
Saraya övlad müjdəsi verməliydilər.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 71-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 71-ci ayəsi nə haqqındadır?
Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.
Hud surəsi 71-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 71-ci ayənin təfsiri nədir?
“Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələkolduqda) sevincindən güldü. Beləliklə, ona İshaq (adlı oğulla) və İshaqınadınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.” Nöqtələr◘“İbrahimin zövcəsi ayaq üstə durmuşdu. (Söhbətləri eşidib) güldü. Biz onaİshaq (adlı bir övlad)la, İshaqdan sonra Yə`qub (adlı bir övlad)la müjdə verdik.”İbrahimin zövcəsinin ayaq üstə durması bir neçə səbəblə izah olunur: ibadət üçün;qonaqlara xidmət üçün; get-gələ və söhbətlərə nəzarət üçün.◘“Zihk” sözü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.