Hud surəsi · 86-cı ayə

«Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı (halal mal, əskiltməklə
əldə etdiyiniz maldan) daha üstündür. Mən sizə nəzarətçi deyiləm.”


Nöqtələr
◘“Bəqiyyətullah” dedikdə bu ayədə halal sərmayədən əldə olunmuş qazanc
nəzərdə tutulur. Rəvayətlərdə isə bütün mübarək vücudlar “bəqiyyətullah”
adlandırılmışdır. O cümlədən, cəbhədən qələbə ilə dönən mö`min döyüşçülər belə
adlandırılırlar. Çünki onlar Allahın iradəsi ilə geri dönmüşlər. Əsrin imamı həzrət
Mehdi (ə) də “Bəqiyyətullah” adlandırılmışdır. Çünki onun şərif vücudunu Allah
xalqın hidayəti üçün saxlamışdır. Rəvayətdə oxuyuruq ki, “bəqiyyətullah” həzrət
Mehdinin (ə) mübarək adlarındandır.
 Biz həzrətə (ə) bu adla salam veririk:
“Əssəlamu ələykə ya bəqiyyətəllahi fil ərəzin.” Həzrət Mehdi (ə) Məkkədə zühur
edəcəyi vaxt bu ayəni tilavət edib buyurar: “bəqiyyətullah mənəm.” Başqa
mə`sumlar da “bəqiyyətullah” ləqəbi ilə çağırılmışlar.

Bildirişlər
1.Cüz`i, amma halal və pak ruzi çox, amma haram ruzidən üstündür.

2. Dünya fani, axirət isə həmişəlikdir. Bu səbəbdən də axirətə meyl
dünyapərəstlikdən üstündür.
3. Əgər əskik satmasaq müştərilər artar, nəticədə qazancımız çoxalar.
4. Haramı halaldan üstün sayan kəsin imanı şübhəlidir.
5. İnsanlar öz əqidəsində azaddırlar. Hətta peyğəmbərlər də onları məcbur
etmirlər.
6. İnsan haram yediyi üçün bədbəxt olsa, kimsə ona zamin deyildir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 86-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 86-cı ayəsi nə haqqındadır?
«Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».
Hud surəsi 86-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 86-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 86-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 86-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 86-cı ayənin təfsiri nədir?
“Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı (halal mal, əskiltməkləəldə etdiyiniz maldan) daha üstündür. Mən sizə nəzarətçi deyiləm.” Nöqtələr◘“Bəqiyyətullah” dedikdə bu ayədə halal sərmayədən əldə olunmuş qazancnəzərdə tutulur. Rəvayətlərdə isə bütün mübarək vücudlar “bəqiyyətullah”adlandırılmışdır. O cümlədən, cəbhədən qələbə ilə dönən mö`min döyüşçülər beləadlandırılırlar. Çünki onlar Allahın iradəsi ilə geri dönmüşlər. Əsrin imamı həzrətMehdi (ə) də “Bəqiyyətullah” adlandırılmışdır. Çü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.