Hud surəsi · 9-cu ayə

Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.”
Nöqtələr
Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər.
İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır.
Bildirişlər
1. İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir.
2. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir.
3. İnsanın bəhrələnməsi uzun çəkdikdə qürrələnməməlidir.
4. Həm vermək, həm də geri almaq Allahın əlindədir.
5. İnsanı rəhmətdən məhrum etmək Allaha ağır gəlir.
6. İnsanın tutumu azdır. O, nemətləri əldən verdikdə məyus olur.
7. Dünya şirinlikləri Allaha olan imanımıza təsir etməməlidir.
8. İlahi rəhmətdən ümidsizlik küfr və naşükürlüyün müqəddiməsidir. 

Tez-tez Verilən Suallar

Hud surəsi 9-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 9-cu ayəsi nə haqqındadır?
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
Hud surəsi 9-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 9-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 9-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 9-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 9-cu ayənin təfsiri nədir?
"Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.” Nöqtələr Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər. İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır. Bildirişlər 1. İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir. 2. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir. 3. İnsanın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.