Hud surəsi · 91-ci ayə

Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Kafirlər) dedilər: “Ey Şüeyb! Biz sənin bir çox sözlərini anlamırıq və
səni öz aramızda zəif bilirik. Əgər tərəfdarların olmasaydı, səni daşqalaq
edərdik. Sən bizdən üstün, qüdrətli və izzətli deyilsən.”


Nöqtələr
◘Kafirlər həzrət Şüeybə deyirdilər: “Biz sənin dediklərini anlamırıq.”
Doğrudanmı, həzrət Şüeybin sözləri anlaşılmaz idi? Onun buyruqlarına nəzər
salın:
1. Mənim mö`cüzəm və aşkar dəlilim var.
2. Mənim maddi çətinliyim və sizə ehtiyacım yoxdur.
3. Dediklərimə əməl edirəm.
4. Cəmiyyəti islah etmək istəyirəm.
5. Gücüm həddində çalışıram.
6. Allaha təvəkkül edir və Ona yalvarıram.
7. Keçmişdəkilərin aqibətini sizə xatırladıram.
Amma kafirlər həm onun sözlərini qulaqardına vurur, həm də özünü zəif
sayırdılar. Onlar Şüeybin tərəfdarlarını da heç nə hesab edirdilər. Onlar Şüeybi
həm işgəncə ilə hədələyir, həm də qüdrət və izzətini görməməzliyə vururdular.
Bildirişlər
1. İlahi peyğəmbərlər və təbliğçilər doğru yolun təbliğində bir çox təhqirlərə və
zorakılıqlara mə`ruz qalmışlar.
2. Peyğəmbər müxaliflərinin heç bir dəlil və məntiqi olmamışdır. Onların
məntiqi təhqir, işgəncə və qətldir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 91-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 91-ci ayəsi nə haqqındadır?
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədi...
Hud surəsi 91-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 91-ci ayənin təfsiri nədir?
“(Kafirlər) dedilər: “Ey Şüeyb! Biz sənin bir çox sözlərini anlamırıq vəsəni öz aramızda zəif bilirik. Əgər tərəfdarların olmasaydı, səni daşqalaqedərdik. Sən bizdən üstün, qüdrətli və izzətli deyilsən.” Nöqtələr◘Kafirlər həzrət Şüeybə deyirdilər: “Biz sənin dediklərini anlamırıq.”Doğrudanmı, həzrət Şüeybin sözləri anlaşılmaz idi? Onun buyruqlarına nəzərsalın:1. Mənim mö`cüzəm və aşkar dəlilim var.2. Mənim maddi çətinliyim və sizə ehtiyacım yoxdur.3. Dediklərimə əməl edirəm.4. Cəmiyyəti islah et...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.