Hud surəsi · 97-ci ayə

Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Fir`on və onun qövmünün ə`yan-əşrafına doğru (elçi göndərdik). Onlar
(Musanın də`vətini qəbul etmək əvəzinə) Fir`onun əmrinə tabe oldular.
Halbuki Fir`onun göstərişi faydalı deyildi.”


Nöqtələr
◘Qur`anda həzrət Musa və Bəni-İsrail haqqında nazil olmuş ayələr bütün digər
mövzulardakı ayələrdən çoxdur. Həzrət Musa Qur`anın 30-dan çox surəsində yüz
otuz dəfədən çox xatırlanır. Uyğun mövzu bu surədə ən xülasə şəkildə bəyan
olunmuşdur.
◘“Sultan” dedikdə səltənət, hökmranlıq başa düşülür; bu söz bə`zən zahiri
hökmranlıq, bə`zən də məntiqi hökmranlıq mə`nasını ifadə edir.
Bildirişlər
1. Allah tərəfindən gəlmiş nümayəndələrin iddialarının nişanə və dəlilləri
olmalıdır.
2. Peyğəmbərlərin məntiq və mö`cüzəsi bütün xalq üçün aydın və anlaşılasıdır.
3. Peyğəmbərlərin be`sətinin mühüm fəlsəfələrindən biri zalım qüvvəni aradan
götürmək, bəşəriyyəti başqalarına bəndəçilikdən xilas etməkdir.
4. Xalqın çoxu zalım qüvvələrin ətrafında olmuşdur.
5. Zalım qüvvələrin təbliğ şüarlarını boykot etmək lazımdır. Fir`on xalqı
aldadaraq onları doğru yola çəkdiyini bildirdiyindən, Allah-təala bu ayədə cavab
olaraq bəyan edir ki, Fir`on qurtuluşa aparmırdı.
6. Elm və mə`rifət azğınlığın qarşısının alınması üçün bəs etmir. (Musa dəlillər
gətirsə də, xalq Fir`ona itaət edirdi.)

 

Tez-tez Verilən Suallar

Hud surəsi 97-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 97-ci ayəsi nə haqqındadır?
Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.
Hud surəsi 97-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 97-ci ayənin təfsiri nədir?
“Fir`on və onun qövmünün ə`yan-əşrafına doğru (elçi göndərdik). Onlar(Musanın də`vətini qəbul etmək əvəzinə) Fir`onun əmrinə tabe oldular.Halbuki Fir`onun göstərişi faydalı deyildi.” Nöqtələr◘Qur`anda həzrət Musa və Bəni-İsrail haqqında nazil olmuş ayələr bütün digərmövzulardakı ayələrdən çoxdur. Həzrət Musa Qur`anın 30-dan çox surəsində yüzotuz dəfədən çox xatırlanır. Uyğun mövzu bu surədə ən xülasə şəkildə bəyanolunmuşdur.◘“Sultan” dedikdə səltənət, hökmranlıq başa düşülür; bu söz bə`zən zahir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.