İbrahim ‏ surəsi · 13-cü ayə

Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ 16.11.2025
"Kafirlər öz peyğəmbərlərinə dedilər: «Biz, şübhəsiz, dinimizi qəbul etməsəniz, sizi öz torpağımızdan çıxararıq.» Rəbləri onlara vəhy etdi ki, Biz, hökmən, sitəmkarları məhv edərik.”

Nöqtələr
Sual: Əgər peyğəmbərlər besətdən öncə müşrik deyildilərsə, nə üçün kafirlər onları öz ayinlərinə qayıtmağa dəvət edirdilər?
Cavab: Əvvəla, kafirlər peyğəmbərlərin onların tabeçiliyinə qayıtmasını nəzərdə tuta bilərlər. Yəni kafirlər deyirdilər ki, sizin imanınız varsa da, bizə qarşı qiyam qaldırmamalı və bizim yolumuzdan çıxmamalısınız.
İkincisi, "Ud” sözü "ila” şəkilçisi ilə işlənmiş olsaydı, ilkin halətə qayıdış mənasını bildirərdi. Amma bu söz "fi” şəkilçisi ilə işləndiyindən nəzərdə tutulan ilkin hala qayıdış yox, sadəcə dəyişiklikdir. Yəni əqidənizi dəyişin və bizim ayini qəbul edin.
Üçüncüsü, şirkə qayıdış dedikdə, peyğəmbərlərin özlərinin yox, onların ətrafındakıların qayıdışı nəzərdə tutula bilər.
Bildirişlər
1. Bütün peyğəmbərlər müxaliflərin müqaviməti ilə qarşılaşmışlar.
2. Hədə və sürgün məntiqsiz zorluların siyasətidir.
3.Kafirlər istəmirlər ki, möminlərin müstəqil şəxsiyyəti olsun.
4. Hədəyə hədə ilə cavab verilməlidir.
5.Fəlakətin səbəbi küfr yox, zülmdür.
6. Zülm davamsızdır, zalımın sonu puçdur.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 13-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 13-cü ayəsi nə haqqındadır?
Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».
İbrahim ‏ surəsi 13-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 13-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 13-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 13-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 13-cü ayənin təfsiri nədir?
"Kafirlər öz peyğəmbərlərinə dedilər: «Biz, şübhəsiz, dinimizi qəbul etməsəniz, sizi öz torpağımızdan çıxararıq.» Rəbləri onlara vəhy etdi ki, Biz, hökmən, sitəmkarları məhv edərik.”NöqtələrSual: Əgər peyğəmbərlər besətdən öncə müşrik deyildilərsə, nə üçün kafirlər onları öz ayinlərinə qayıtmağa dəvət edirdilər?Cavab: Əvvəla, kafirlər peyğəmbərlərin onların tabeçiliyinə qayıtmasını nəzərdə tuta bilərlər. Yəni kafirlər deyirdilər ki, sizin imanınız varsa da, bizə qarşı qiyam qaldırmamalı və bizim...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.