İbrahim ‏ surəsi · 18-ci ayə

Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 16.11.2025

"Allaha qarşı küfr edənlər (onların əməlləri) tufanlı bir gündə bərk küləyin sovurduğu külə bənzəyir. Onlar əldə etdiklərinin bir zərrəsini belə qorumağa qadir deyillər. Bu həmin uzaq və dərin azğınlıqdır.”

Nöqtələr
Ötən ayələrdə inadkar zalımların düşdüyü zərər və məhrumiyyətdən danışıldı. Bu ayədə isə həmin zərərlər izah olunur.
Allah möminlərin pisliklərini, tövbə edərlərsə, yaxşılığa və savaba çevirər. Amma kafirlərin pis əməlləri onların yaxşı əməllərini puça çıxarar.
Quranın bir çox ayələrində kafirlərin əməllərinin puça çıxmasından danışılır. "Biz onların əməllərini gətirər və puç edərik.” Başqa bir ayədə oxuyuruq: "Qiyamətdə kafirlər üçün mizan qurular.” Ola bilsin ki, ayədə həmin nöqtəyə işarə olunmuşdur.
Bildirişlər
1. Kafirlərin əməlləri sonu küldən başqa bir şey olmayan bir oddur.
2. Kafirlərin əməlləri sizi heyrətə gətirməsin. Bu əməllər puç və səmərəsizdir.
3. Kafir tövbə və qurtuluşdan uzaqdır.
4. Küfr yaxşı əməlləri də bada verir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 18-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 18-ci ayəsi nə haqqındadır?
Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
İbrahim ‏ surəsi 18-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 18-ci ayənin təfsiri nədir?
"Allaha qarşı küfr edənlər (onların əməlləri) tufanlı bir gündə bərk küləyin sovurduğu külə bənzəyir. Onlar əldə etdiklərinin bir zərrəsini belə qorumağa qadir deyillər. Bu həmin uzaq və dərin azğınlıqdır.”NöqtələrÖtən ayələrdə inadkar zalımların düşdüyü zərər və məhrumiyyətdən danışıldı. Bu ayədə isə həmin zərərlər izah olunur.Allah möminlərin pisliklərini, tövbə edərlərsə, yaxşılığa və savaba çevirər. Amma kafirlərin pis əməlləri onların yaxşı əməllərini puça çıxarar.Quranın bir çox ayələrində...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.