İbrahim ‏ surəsi · 21-ci ayə

Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ 16.11.2025

«(Qiyamət günü xalq) hamılıqla Allahın hüzurunda zahir olar. Zəiflər təkəbbürlülərə deyərlər: "Biz (dünyada) sizə tabe idik. (Bu gün) Allahın əzabından bir şeyi bizdən uzaqlaşdıra bilərsinizmi?” (Onlar cavab olaraq) deyərlər: "Əgər Allah bizi əzabdan qurtuluşa yönəltsə, hökmən biz sizi doğru yola çəkərik. Bizim üçün fəryad çəkməklə səbir etmək arasında fərq yoxdur. Bizim üçün heç bir xilas yolu mövcud deyil.”»

Nöqtələr
"Bərəzu” dedikdə xaric olmaq mənası anlaşılır. Qoşun sıralarından önə çıxıb döyüş üçün hazırlığını bildirən şəxs "mübariz” adlanır.
Xalq adətən öz hakiminin əqidəsində olsa da, İslam müdiriyyət sistemində müdirə mütləq itaət vacib deyil.
Bildirişlər
1. Qiyamətdə xalq Allahın hüzuruna birlikdə çıxar.
2. Kor-koranə təqlid və itaətin sonu peşmançılıqdır.
3. Cəhənnəm əhli bütün əzabın yox, əzabın bir hissəsinin yüngülləşməsini diləyər.
4. Cəmiyyətin rəhbərlərinin doğru və ya əyri yolda olması, xalqın xoşbəxtlik və ya bədbəxtliyini təyin edən mühüm amildir.
5. Günahkar rəhbərlərin qiyamətdə ruhi əzablarından biri öz tabeçiliklərində olanlar qarşısında zəifliklərini və bədbəxtliklərini etiraf etmələridir.
6. Dünyada "bizim üçün moizə edib-etməməyinizin fərqi yoxdur” deyənlər Qiyamətdə belə deyərlər: "Bizim üçün fəryad çəkib-çəkməməyin fərqi yoxdur. Bütün hallarda əzaba düçarıq.”
7. İlahi mühakimə və cəzadan qaçmaq mümkünsüzdür.
8. Qiyamətdə xalq arasında çox söz-söhbət olar.
9. Qiyamətdə kimsə Allahın əzabına mane ola bilməz.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 21-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 21-ci ayəsi nə haqqındadır?
Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hid...
İbrahim ‏ surəsi 21-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 21-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 21-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 21-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 21-ci ayənin təfsiri nədir?
«(Qiyamət günü xalq) hamılıqla Allahın hüzurunda zahir olar. Zəiflər təkəbbürlülərə deyərlər: "Biz (dünyada) sizə tabe idik. (Bu gün) Allahın əzabından bir şeyi bizdən uzaqlaşdıra bilərsinizmi?” (Onlar cavab olaraq) deyərlər: "Əgər Allah bizi əzabdan qurtuluşa yönəltsə, hökmən biz sizi doğru yola çəkərik. Bizim üçün fəryad çəkməklə səbir etmək arasında fərq yoxdur. Bizim üçün heç bir xilas yolu mövcud deyil.”»Nöqtələr"Bərəzu” dedikdə xaric olmaq mənası anlaşılır. Qoşun sıralarından önə çıxıb döy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.