İbrahim ‏ surəsi · 26-cı ayə

Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Çirkin söz (etiqad) yerdən qoparılmış və heç bir davamı olmayan çirkin ağac kimidir.”
Nöqtələr

"İctisas” sözü "kökündən qoparmaq” mənasını bildirir.
Qatqılı və azğın əqidələrin, sözlərin və insanların nə kökü, nə meyvəsi, nə gülü, nə gözəlliyi, nə ətri, nə möhkəmliyi, nə kölgəsi, nə də inkişafı var. Onlar başqalarının yolu üstə tikandan başqa bir şey deyildirlər.
Bildirişlər
1. Müqayisə təlim-tərbiyə üsullarından biridir.
2. Şirkin və Allahdan uzaq istənilən bir şeyin sabitliyi və davamı yoxdur.
3. Batil əqidələrin yosun kimi dərində kökü yoxdur. Ona görə də düzgün gövdə və əsasdan məhrumdur.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 26-cı ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 26-cı ayəsi nə haqqındadır?
Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
İbrahim ‏ surəsi 26-cı ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 26-cı ayənin təfsiri nədir?
"Çirkin söz (etiqad) yerdən qoparılmış və heç bir davamı olmayan çirkin ağac kimidir.”Nöqtələr"İctisas” sözü "kökündən qoparmaq” mənasını bildirir.Qatqılı və azğın əqidələrin, sözlərin və insanların nə kökü, nə meyvəsi, nə gülü, nə gözəlliyi, nə ətri, nə möhkəmliyi, nə kölgəsi, nə də inkişafı var. Onlar başqalarının yolu üstə tikandan başqa bir şey deyildirlər.Bildirişlər1. Müqayisə təlim-tərbiyə üsullarından biridir.2. Şirkin və Allahdan uzaq istənilən bir şeyin sabitliyi və davamı yoxdur.3. Ba...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.