İbrahim ‏ surəsi · 27-ci ayə

Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Allah dünya və axirətdə iman əhlini sabit sözlə (əqidə ilə) möhkəmləndirər. Allah sitəmkarları (lütfündən məhrum edib özbaşına buraxar,) azdırar. Allah (ədalət və hikmət əsasında) istədiyini edər.”

Bildirişlər
1. İlahi yardımlardan bəhrələnmə insanın hansı yolu seçməsindən asılıdır.
2. Allahın yardımı olmasa, insan nəfs istəklərinin, zalım qüvvələrin qarşısında davam gətirməyib süqut edər.
3. İman əhli məntiq baxımından möhkəmdir və maddi, dünyəvi məktəblərin qarşısında əzmlə dayanır.
4. İnsan iman gətirsə, Allah tərəfindən sığortalanır. Batil məktəbə üz tutan insan isə Allah tərəfindən özbaşına buraxılır.
5. Batil məktəblərin qəbulu insanın özünə və haqq məktəbinə zülmüdür.
6. Allahın qəzəbi insanın seçdiyi yoldan asılıdır.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 27-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 27-ci ayəsi nə haqqındadır?
Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.
İbrahim ‏ surəsi 27-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 27-ci ayənin təfsiri nədir?
"Allah dünya və axirətdə iman əhlini sabit sözlə (əqidə ilə) möhkəmləndirər. Allah sitəmkarları (lütfündən məhrum edib özbaşına buraxar,) azdırar. Allah (ədalət və hikmət əsasında) istədiyini edər.”Bildirişlər1. İlahi yardımlardan bəhrələnmə insanın hansı yolu seçməsindən asılıdır.2. Allahın yardımı olmasa, insan nəfs istəklərinin, zalım qüvvələrin qarşısında davam gətirməyib süqut edər.3. İman əhli məntiq baxımından möhkəmdir və maddi, dünyəvi məktəblərin qarşısında əzmlə dayanır.4. İnsan iman ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.