İbrahim ‏ surəsi · 3-cü ayə

O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Kafirlər) o kəslərdir ki, dünya həyatını axirət həyatından üstün tutur, (xalqı) Allah yolundan çəkindirir, azdırmaq istəyirlər. Onlar dərin bir azğınlıq içindədir.”
Nöqtələr
Allahın yolunun bağlanması dedikdə təkcə bir-iki iş nəzərdə tutulmur. Yetərsiz təbliğat, aşkar günah, fəsad və qəflət vasitələrinin yayılması, şübhə yaratmaq, ixtilaf yaratmaq, azdırıcı nəşrlər və filmlər, həqiqi dini pis tanıtdırmaq, ləyaqətsiz insanları din nümunəsi kimi təqdim etmək və onlarla bu kimi başqa işlər Allah yolunun bağlanması nümunələrindəndir.
Dünyadan ləzzət almaq olar, amma dünyanı axirətdən üstün tutmaq təhlükəlidir. Çünki dünyapərəstlik ibadətə, infaqa, cihada, halal qazanca, sədəqəyə və dini vəzifələrin yerinə yetirilməsinə mane olur.
Bildirişlər
1. Dünyapərəstlik küfr, dinlə mübarizə və zillət üçün zəmindir.
2. Azğınlıqların qaynağı insanın öz əməlidir.
3. İnsan ixtiyar sahibidir, bir yolu o birindən üstün tutub seçim apara bilər. (Amma seçdiyi yol onu zillətə də apara bilər.)
4. Kafirlər üç mərhələ keçirir: əvvəlcə özlərini dünyapərəstliklə aldadırlar; sonra öz əməlləri ilə başqalarını yoldan çıxarırlar; daha sonra var gücləri ilə haqpərəstlərin yolunu əyirlər.
5. Kafirlərin ruhiyyəsi azğınlığa meyl amilidir.
6. Azğınlıqların dərəcələri və mərhələləri var. Azğınlıq dərinləşdikcə haqqa qayıdış çətinləşir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 3-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 3-cü ayəsi nə haqqındadır?
O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
İbrahim ‏ surəsi 3-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 3-cü ayənin təfsiri nədir?
"(Kafirlər) o kəslərdir ki, dünya həyatını axirət həyatından üstün tutur, (xalqı) Allah yolundan çəkindirir, azdırmaq istəyirlər. Onlar dərin bir azğınlıq içindədir.”NöqtələrAllahın yolunun bağlanması dedikdə təkcə bir-iki iş nəzərdə tutulmur. Yetərsiz təbliğat, aşkar günah, fəsad və qəflət vasitələrinin yayılması, şübhə yaratmaq, ixtilaf yaratmaq, azdırıcı nəşrlər və filmlər, həqiqi dini pis tanıtdırmaq, ləyaqətsiz insanları din nümunəsi kimi təqdim etmək və onlarla bu kimi başqa işlər Allah yo...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.