İbrahim ‏ surəsi · 30-cu ayə

Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"(Azğın başçılar) Xalqı Allahın yolundan yayındırmaq üçün Ona şəriklər qoşdular. Kam alın, şübhəsiz, işinizin sonu oddur.”

Nöqtələr
Bəziləri varlıq aləminin yaranışında, bəziləri isə nemətlərə münasibətdə Allaha şərik qoşurlar. Onlar sağlamlıqlarını, elmlərini, güclərini, izzətlərini, var-dövlətlərini öz hünərlərinin bəhrəsi sayırlar. Amma tezliklə anlayırlar ki, azğınlığa düçar olublar.
Bildirişlər
1. Nemətə münasibətdə ən böyük nankorluq Allaha şərik qoşmaq və xalqı doğru yoldan azdırmaqdır.
2. Bəzən şirkin mənbəyi zalım qüvvələr olur. Bəzən də bütlərin öz cazibəsi çaşqınlığa aparır.
3. Allah bəzilərini özbaşına buraxır.
4. Kafirlər dünyadan kam alsalar da, onların axirəti yoxdur.
5. Hər rifah ilahi mərhəmət sayılmamalıdır. Bəzən rifah ilahi qəzəb üçün müqəddimə ola bilər.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 30-cu ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 30-cu ayəsi nə haqqındadır?
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»
İbrahim ‏ surəsi 30-cu ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 30-cu ayənin təfsiri nədir?
"(Azğın başçılar) Xalqı Allahın yolundan yayındırmaq üçün Ona şəriklər qoşdular. Kam alın, şübhəsiz, işinizin sonu oddur.”NöqtələrBəziləri varlıq aləminin yaranışında, bəziləri isə nemətlərə münasibətdə Allaha şərik qoşurlar. Onlar sağlamlıqlarını, elmlərini, güclərini, izzətlərini, var-dövlətlərini öz hünərlərinin bəhrəsi sayırlar. Amma tezliklə anlayırlar ki, azğınlığa düçar olublar.Bildirişlər1. Nemətə münasibətdə ən böyük nankorluq Allaha şərik qoşmaq və xalqı doğru yoldan azdırmaqdır.2. Bəz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.