İbrahim ‏ surəsi · 32-ci ayə

Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Göyləri və yeri yaradan, səmadan su nazil edən, onunla sizə ruzi üçün meyvələr yetişdirən, əmri ilə dənizdə hərəkət etməyiniz üçün gəmiləri sizə ram edən, çayları ixtiyarınızda qoyan Allahdır.”

Nöqtələr
Bu ayədə su məsələsinə üç baxımdan yanaşılmışdır:
a) Yağış suyu: Bu su bitkilərin suvarılması vasitəsi, onların həyat qaynağı, havanın təmizlənmə və dəyişmə səbəbidir.
b) Dəniz suyu: Bu su dəniz heyvanlarının həyatını təmin edir, ən üstün və ucuz nəqliyyat vasitəsi olan gəmilərin hərəkət vasitəsidir, od və yağışın mənbəsidir.
v) Çay suyu: Bu su vasitəsi ilə susuz məntəqələrə su çatdırılır.
Allah ötən ayədə namaz və infaq məsələsinə toxundu. Bu ayədə isə buyurulur ki, Allah sizə hər şey verib, nə üçün infaqda süstlük göstərirsiniz?
"Təsxir” dedikdə həm günəş və ay kimi mənbələrdən bəhrələnmə, həm də gəmi və çayların ram edilməsi, insanın onlara hakimliyi kimi kamil hakimiyyət mənası nəzərdə tutulur.
Bildirişlər
1. Allahın nemətlərini tanımaq ən üstün Allahşünaslıq yoludur. Bu yol ümumi dərketmə, eşq, stimul, ibadətlə müşayiət olunur.
2. Allahın bütün nemətləri arasında su ən mühüm nemətlərdəndir.
3. Varlıq aləmi insan üçün yaradılmışdır.
4. Maddi vasitələrin rolu olsa da bütün amillər Allahın əmrinə tabedir.
5. İnsan təbiətə hakimdir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 32-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 32-ci ayəsi nə haqqındadır?
Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
İbrahim ‏ surəsi 32-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 32-ci ayənin təfsiri nədir?
"Göyləri və yeri yaradan, səmadan su nazil edən, onunla sizə ruzi üçün meyvələr yetişdirən, əmri ilə dənizdə hərəkət etməyiniz üçün gəmiləri sizə ram edən, çayları ixtiyarınızda qoyan Allahdır.”NöqtələrBu ayədə su məsələsinə üç baxımdan yanaşılmışdır:a) Yağış suyu: Bu su bitkilərin suvarılması vasitəsi, onların həyat qaynağı, havanın təmizlənmə və dəyişmə səbəbidir.b) Dəniz suyu: Bu su dəniz heyvanlarının həyatını təmin edir, ən üstün və ucuz nəqliyyat vasitəsi olan gəmilərin hərəkət vasitəsidir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.