İbrahim ‏ surəsi · 34-cü ayə

Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Allah Ondan istədiyiniz hər şeyi vermişdir. Allahın nemətlərini saysanız, onları diqqətlə hesaba ala bilməzsiniz. Həqiqətən, insan çox sitəmkar və nankordur.”
Nöqtələr
"Nəhl” surəsinin 18-ci ayəsində oxuyuruq: "Allahın nemətlərini saymaq istəsəniz, bacarmazsınız. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Ötən ayələrdə oxuduq ki, azğın rəhbərlər xalqı Allahdan qeyrisinə doğru dəvət edirlər. Bu ayədə isə deyilir ki, Allahdan qeyrisinin əlindən bir şey gəlməsə də, insanın bütün olanları bir Allaha məxsus olsa da, insan diqqətsiz və naşükürdür.
"Ədd” dedikdə saymaq, "ehsa” dedikdə heç nəyi ötürmədən diqqətlə saymaq nəzərdə tutulur.
Bildirişlər
1. İstehsal vasitələri insanın ixtiyarındadır. (Su, torpaq, günəş işığı ...) Bu sahədə mövcud olan istənilən bir çatışmazlıq yetərsiz müdiriyyətdən yaranır.
2. Bəşəriyyəti yaratmış Allah onun ehtiyaclarının ödənməsi üçün düzgün yol müəyyənləşdirmişdir. Amma insan bu ehtiyacları günah yolla təmin etməyə çalışır.
3. İnsan möhtac bir varlıqdır.
4. İnsanda ilahi nemətləri saymaq qüdrəti yoxdur. Bu halda həmin nemətlərin şükrünü yerinə yetirmək əlçatmaz görünür.
5. İlahi nemətlərdən düzgün istifadə etməyən insan çox zalım və nankordur.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 34-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 34-cü ayəsi nə haqqındadır?
Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur.
İbrahim ‏ surəsi 34-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 34-cü ayənin təfsiri nədir?
"Allah Ondan istədiyiniz hər şeyi vermişdir. Allahın nemətlərini saysanız, onları diqqətlə hesaba ala bilməzsiniz. Həqiqətən, insan çox sitəmkar və nankordur.”Nöqtələr"Nəhl” surəsinin 18-ci ayəsində oxuyuruq: "Allahın nemətlərini saymaq istəsəniz, bacarmazsınız. Həqiqətən, Allah bağışlayan və mehribandır.”Ötən ayələrdə oxuduq ki, azğın rəhbərlər xalqı Allahdan qeyrisinə doğru dəvət edirlər. Bu ayədə isə deyilir ki, Allahdan qeyrisinin əlindən bir şey gəlməsə də, insanın bütün olanları bir Allaha...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.