İbrahim ‏ surəsi · 35-ci ayə

Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"(Xatırla) o zaman ki, İbrahim dedi: Pərvərdigara! Bu şəhəri (Məkkəni) əmin-aman qərar ver, məni və övladlarımı bütlərə pərəstişdən uzaq et.”
Nöqtələr
Bu və sonrakı ayələrdə həzrət İbrahimin böyük ruhundan danışan dualar bəyan olunur. Ola bilsin ki, bu dualar səbəbindən surə "İbrahim” adlandırılmışdır.
İbrahim Məkkə üçün iki məqamda dua etdi. İsmail və Hacəri həmin torpağa gətirdiyi vaxt dedi: "Pərvərdigara! Bu şəhəri əmin-aman qərar ver.” Bir toplum insan Məkkəyə gəlib orada sakin olduğu vaxt İbrahim ikinci dəfə dua etdi və Allahdan bu yer üçün əmin-amanlıq istədi.
Sual: İbrahimin bütün nəsli bu duaya görəmi müvəhhid oldu?
Cavab: Dua bir amildir. Nuhun oğlunun əhvalatını unutmayın.
Sual: Növbəti ayələrdə Məkkə əkin üçün yararsız yer sayıldığı halda nə üçün İbrahim Məkkəni şəhər kimi qeyd edir?
Cavab: Ola bilsin ki, nəzərdə tutulan qəbilələr Məkkədə məskunlaşdıqdan sonra həmin yer şəhər adlandırılmışdır. İbrahimin duası da həmin vaxta aid ola bilər. Yaxud belə deyə bilərik ki, bir məntəqənin şəhər sayılması üçün onun torpaqlarının əkinə yararlı olması şərt deyil. Məkkə indi də şəhərdir və əkin üçün yararsızdır.
Sual: Həzrət İbrahim tövhid qəhrəmanı olduğu halda nə üçün şirkdən uzaq olmaq məqsədi ilə Allaha dua edirdi?
Cavab: İslam Peyğəmbəri də daim doğru yolda olmasına baxmayaraq hər namazda Allahdan doğru yol üçün hidayət diləyirdi. Bir insan doğru yolda olmasına əmindirsə də büdrəmədən qorxmalı və Allahdan yardım diləməlidir.
Məkkənin əmin-amanlığı dedikdə bu prinsipi təmin edən qanun nəzərdə tutulur. Tarix boyu Məkkənin hücumlara məruz qaldığı hamıya məlumdur. Bu şəhərdə xeyli qan axıdılmışdır. İslam Peyğəmbərinin (s) və onun yoldaşlarının ən ağır günləri Məkkəyə təsadüf edir.
İmam Hüseyn (ə) Məkkə əmin-aman olmadığından bu şəhəri tərk edir. Amma ilahi qanun həmin məntəqə üçün əmin-amanlıq nəzərdə tutur.
Bildirişlər
1. Düzgün düşüncə və əqidə üçün edilən dua ən üstün duadır.
2. İbadət mərkəzlərində əmin-amanlıq olmalıdır.
3. Əmin-amanlıq, asayiş həyat üçün zəruri şərtdir.
4. Cəmiyyətin rəhbərləri xalqın asayişi fikrində olmalıdır.
5. Əmin-amanlıq günah və əyyaşlıq azadlığı üçün deyil. Əmin-amanlıq ibadət üçün müqəddimə olmalıdır.
6. Hətta tövhid qəhrəmanı İbrahim üçün də şirk təhlükəsi vardı.
7. Duada ətrafımızdakıları, xüsusi ilə övladlarımızı yada salaq.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 35-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 35-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
İbrahim ‏ surəsi 35-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 35-ci ayənin təfsiri nədir?
"(Xatırla) o zaman ki, İbrahim dedi: Pərvərdigara! Bu şəhəri (Məkkəni) əmin-aman qərar ver, məni və övladlarımı bütlərə pərəstişdən uzaq et.”NöqtələrBu və sonrakı ayələrdə həzrət İbrahimin böyük ruhundan danışan dualar bəyan olunur. Ola bilsin ki, bu dualar səbəbindən surə "İbrahim” adlandırılmışdır.İbrahim Məkkə üçün iki məqamda dua etdi. İsmail və Hacəri həmin torpağa gətirdiyi vaxt dedi: "Pərvərdigara! Bu şəhəri əmin-aman qərar ver.” Bir toplum insan Məkkəyə gəlib orada sakin olduğu vaxt İbra...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.