İbrahim ‏ surəsi · 37-ci ayə

«Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Pərvərdigara! Mən öz övladlarımdan (birini) otsuz vadidə, Sənin evinin kənarında sakin etdim. Pərvərdigara! (Belə etdim ki,) namazı bərpa etsinlər. İnsanların bir dəstəsinin qəlbini onlara doğru meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə şükür edələr.”
Nöqtələr
Allah İbrahimə onun qoca yaşlarında İsmaili əta etdiyi vaxt göstəriş verdi ki, bu uşağı və anasını Məkkədə sakin etsin. İbrahim Allahın əmrinə tabe oldu və sonra onlar üçün dua etdi.
İmam Baqir (ə) buyurmuşdur: "Biz Peyğəmbər Əhli-beyti İbrahim övladlarındanıq. Xalqın qəlbində bizə meyl var.” Sonra həzrət hazırkı ayəni oxumuşdur.
Kəbə — susuz-otsuz məntəqədə yerləşmişdir və bu şərait xalq üçün sınaqdır. Həzrət Əli (ə) "Qasiə” xütbəsində belə buyurur: "Əgər Kəbə xoş suyu və havası olan məntəqədə yerləşsəydi, xalq ziyarətə Allaha xatir gəlməzdi.”
Peyğəmbərlərin duası qəbul olur. Kəbə hər cür meyvəsi olan asayişli bir yerdir. İmam Baqir (ə) buyurur: "Dünyanın şərqində və qərbində olan hər bir meyvə Məkkədə tapılar.”
Bildirişlər
1. Peyğəmbərlərə namaz və ibadət əsasında məskən seçilmişdir.
2. Dindarlıq bəzən qəriblik, hicrət, ailədən uzaqlıq və maddi imkanlardan məhrumluqla müşayiət olunur.
3. Həzrət İbrahimin dövründə də Kəbə və onun ətrafı möhtərəm idi və bu məntəqədə bəzi məhdudiyyətlər hökm sürürdü.
4. İbrahimin hərəkətinin mehvər və məqsədi namazdır.
5. Namaz əhli elmli olmalıdır.
6. Ötən dinlərdə də namaz hökmü olmuşdur.
7. Qəlblərin meyli Allahın əlindədir.
8. Hər adamda övliyalara sevgi ləyaqəti yoxdur.
9. İlahi insanlar dünyanı ali məqsədlər üçün istəyirlər.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 37-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 37-ci ayəsi nə haqqındadır?
«Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr e...
İbrahim ‏ surəsi 37-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 37-ci ayənin təfsiri nədir?
"Pərvərdigara! Mən öz övladlarımdan (birini) otsuz vadidə, Sənin evinin kənarında sakin etdim. Pərvərdigara! (Belə etdim ki,) namazı bərpa etsinlər. İnsanların bir dəstəsinin qəlbini onlara doğru meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə şükür edələr.”NöqtələrAllah İbrahimə onun qoca yaşlarında İsmaili əta etdiyi vaxt göstəriş verdi ki, bu uşağı və anasını Məkkədə sakin etsin. İbrahim Allahın əmrinə tabe oldu və sonra onlar üçün dua etdi.İmam Baqir (ə) buyurmuşdur: "Biz Peyğəmbər Əhli...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.