İbrahim ‏ surəsi · 42-ci ayə

Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Elə düşünmə ki, Allah sitəmkarların gördüyü işdən xəbərsizdir. Həqiqətən, O belələrinin hesabını gözlərinin bərələcəyi günədək təxirə salır.”
Nöqtələr
Sual: Allah ədalətli və qüdrətli olduğu halda nə üçün sitəmkarların qarşısını almır?
Cavab: Allah həm adildir, həm qadirdir, həm də sitəmkarların əməllərindən xəbərdardır. Cəzalarının təxirə salınmasının səbəbi isə dünyada kamil mükafat və ya cəza verməyin mümkünsüzlüyüdür. Allahın qanunu, sünnəsi budur ki, bəndələrinə möhlət verir, tövbə etdikdə onları bağışlayır, tövbə etmədikdə qiyamət günü cəzalandırır.
Bildirişlər
1. Tələsik mühakimə yürütməyin, Allahı xəbərsiz saymayın.
2. Sitəmkarlara möhlət verilməsi Allahın günahkarlardan xəbərsizliyini və ya onlardan razılığını göstərmir.
3. Möhlət vermək Allahın qaydasıdır.
Buna görə zalımın qarşısında susmaq və məyus olmaq yox, ilahi vəzifəyə əməl etmək lazımdır. Allah zalımların intizarındadır.
4. İlahi cəza və mükafat üçün vaxt bölgüsü aparılmışdır.
5. Qiyamət günü o qədər qorxuludur ki, həmin gün gözlər bərələr.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 42-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 42-ci ayəsi nə haqqındadır?
Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.
İbrahim ‏ surəsi 42-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 42-ci ayənin təfsiri nədir?
"Elə düşünmə ki, Allah sitəmkarların gördüyü işdən xəbərsizdir. Həqiqətən, O belələrinin hesabını gözlərinin bərələcəyi günədək təxirə salır.”NöqtələrSual: Allah ədalətli və qüdrətli olduğu halda nə üçün sitəmkarların qarşısını almır?Cavab: Allah həm adildir, həm qadirdir, həm də sitəmkarların əməllərindən xəbərdardır. Cəzalarının təxirə salınmasının səbəbi isə dünyada kamil mükafat və ya cəza verməyin mümkünsüzlüyüdür. Allahın qanunu, sünnəsi budur ki, bəndələrinə möhlət verir, tövbə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.