İbrahim ‏ surəsi · 48-ci ayə

Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"(Qiyamət) Elə bir gündür ki, yer başqa bir yerlə, səmalar başqa səmalarla əvəz olar və hamı yeganə, qalib Allahın hüzurunda dayanar.”
Nöqtələr
Qurani-Kərimin müxtəlif ayələrində Qiyamət günü yerin haldan-hala düşəcəyi bildirilir. Həmin gün yerdə şiddətli bir lərzə yaranacaq, dağlar yerindən qopacaq, didilmiş yun tək səpələnəcək. Həmin gün yer üzü saf və hamar müstəvi şəklini alacaq. Səmaların dəyişikliyi isə günəşin sönməsi və ərş nizamının pozulması ilə müşayiət olunacaq. Hər halda, mövcud nizamın sonu var.
Bildirişlər
1. Bütün yaranmışlar öz əməllərinin cavabını vermək üçün növbəti dəfə dirildiləcəklər.
2. Qiyamətdə sitəmkarlara mərhəmət yeri yoxdur.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 48-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 48-ci ayəsi nə haqqındadır?
Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!
İbrahim ‏ surəsi 48-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 48-ci ayənin təfsiri nədir?
"(Qiyamət) Elə bir gündür ki, yer başqa bir yerlə, səmalar başqa səmalarla əvəz olar və hamı yeganə, qalib Allahın hüzurunda dayanar.”NöqtələrQurani-Kərimin müxtəlif ayələrində Qiyamət günü yerin haldan-hala düşəcəyi bildirilir. Həmin gün yerdə şiddətli bir lərzə yaranacaq, dağlar yerindən qopacaq, didilmiş yun tək səpələnəcək. Həmin gün yer üzü saf və hamar müstəvi şəklini alacaq. Səmaların dəyişikliyi isə günəşin sönməsi və ərş nizamının pozulması ilə müşayiət olunacaq. Hər halda, mövcud nizam...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.