İbrahim ‏ surəsi · 52-ci ayə

Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Bu (Quran) xalq üçün elə bir bildiriş və nəsihətdir ki, onun vasitəsi ilə xəbərdar olsunlar və bilsinlər ki, həqiqətən, O, yeganə məbuddur. Düşüncə sahibləri də öyüd götürsünlər.”
Nöqtələr
"İbrahim” surəsinin ilkin və son ayələri Quran və risalətin hidayətə təsirindən danışır. Birinci ayədə xalqın zülmətlərdən nura çıxarılması, son ayədə Quranın nəsihət olması məsələsinə toxunulur.
Bildirişlər
1. Quran təbliğ qaynağıdır və təbliğatçılar bu qaynaqdan faydalanmalıdırlar.
2. Quran tövhid kitabıdır və bu kitab vasitəsi ilə müvəhhid tərbiyə olunmalıdır.
3. Təkcə bildiriş bəs etmir, qorxutmaq da lazımdır. (Bəli, təbliğdə məqsəd qorxutmaqdır.)
4. Bilmək bəs etmir, diqqət və xatırlatma da lazımdır.
5. Quranla ünsiyyət insanın mərifət və məlumatını artırır, həm də öyüd-nəsihətlə onu xeyir əməllərə təşviq edir.
6. Quran bütün insanlar üçün öyüd-nəsihətdir. Amma yalnız düşüncə sahibləri ondan öyüd götürür. Bəli, əgər Quranın öyüdlərini qəlbən dinləsək, müvəhhid və agah insan olarıq. İnşallah!

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 52-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 52-ci ayəsi nə haqqındadır?
Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
İbrahim ‏ surəsi 52-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 52-ci ayənin təfsiri nədir?
"Bu (Quran) xalq üçün elə bir bildiriş və nəsihətdir ki, onun vasitəsi ilə xəbərdar olsunlar və bilsinlər ki, həqiqətən, O, yeganə məbuddur. Düşüncə sahibləri də öyüd götürsünlər.”Nöqtələr"İbrahim” surəsinin ilkin və son ayələri Quran və risalətin hidayətə təsirindən danışır. Birinci ayədə xalqın zülmətlərdən nura çıxarılması, son ayədə Quranın nəsihət olması məsələsinə toxunulur.Bildirişlər1. Quran təbliğ qaynağıdır və təbliğatçılar bu qaynaqdan faydalanmalıdırlar.2. Quran tövhid kitabıdır və b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.