Əl-İsra surəsi · 106-cı ayə

Biz bu Qur’anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük və tədricən nazil etdik.”
Nöqtələr
Kafirlərin etirazlarından biri bu idi ki, nə üçün Quran bir dəfəyə nazil olmur?("Təfsire-Əbul-Futuh-Razi.” ) Ayədə uyğun irada cavab verilir.
Quran ayələri müxtəlif hadisələrlə rabitədə olduğundan və zaman ötdükcə hər bir təbəqənin ehtiyaclarını aradan qaldırmaq üçün hissə-hissə nazil olmuşdur. Ayrı-ayrı vaxtlarda nazil olmuş ayələr müxtəlif hadisələrlə əlaqələnmiş və intizarda olanlar tərəfindən maraqla qarşılanmışdır. Məsələn, əgər cihad ayələri sülh dövründə nazil olsaydı, həm tətbiq edilməz, həm də maraqla qarşılanmazdı.
Tədricilik Allahın sünnələrindəndir. Allah birdəfəyə yarada biləcəyi halda dünyanı altı gündə yaratdı; Birdəfəyə nazil etməyə qadir ikən Quranı tədricən nazil etdi.
Quran ona görə tədricən nazil edildi ki, onun ayələrinə əməl edilsin. Əlbəttə ki, belə bir tədricilik həm də peyğəmbərin vəhy mənbəyi ilə daimi rabitəsini göstərir.
Bildirişlər
1. Quranın hissə-hissə bölünməsi Allahın istəyidir.
2. Təlim-tərbiyə, doğru yola çağırış tədrici olmalıdır.
3. Quranın tədricən oxunması dinləyicini növbəti ayələrə susadır. Asayiş həm də əminliklə əldə olunur.
4. İstənilən bir tərbiyəçi və islahatçının uzunmüddətli proqramı olmalıdır. O, dövrdən və ortaya çıxan ehtiyaclardan xəbərsiz qalmamalıdır.
5. Əlbəttə ki, peyğəmbərdə Quranı birdəfəyə qəbul etmək tutumu vardı. Amma xalqın tutumu az olduğundan Quran tədricən nazil edilməli idi.
6. Quranın təlimdən əlavə icra yönümü var. Ayələr nazil olduqca icra edilməlidir. Yüzlərlə fəsadın baş aldığı cəmiyyətdə yüzlərlə hökmü birdəfəyə icra etmək mümkünsüzdür.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 106-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 106-cı ayəsi nə haqqındadır?
Biz bu Qur’anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.
Əl-İsra surəsi 106-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 106-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 106-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 106-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 106-cı ayənin təfsiri nədir?
"Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük və tədricən nazil etdik.”NöqtələrKafirlərin etirazlarından biri bu idi ki, nə üçün Quran bir dəfəyə nazil olmur?("Təfsire-Əbul-Futuh-Razi.” ) Ayədə uyğun irada cavab verilir.Quran ayələri müxtəlif hadisələrlə rabitədə olduğundan və zaman ötdükcə hər bir təbəqənin ehtiyaclarını aradan qaldırmaq üçün hissə-hissə nazil olmuşdur. Ayrı-ayrı vaxtlarda nazil olmuş ayələr müxtəlif hadisələrlə əlaqələnmiş və intizarda olanlar tərəfindən mar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.