Əl-İsra surəsi · 107-ci ayə

(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.”
Nöqtələr
"Xərir” sözündən olan "yəxirrun” sözü yüksəklikdən tökülən su səsi mənasını bildirir. Eləcə də özündən ixtiyarsız Allah qarşısında səcdəyə düşən, təsbih dediyi halda səsi ucalan kəs belə adlanır.
"Üzü üstə” ("çənəsi üstə”) ifadəsi təvazönün son həddini göstərir. Belə bir səcdədə alından əlavə, üz və çənə torpağa toxunur.
Bildirişlər
1. İnsanların iman və küfrünün Quranın haqq olmasına təsiri yoxdur.
2. Elm ilahi hədiyyədir.
3. Cəhalət kafirlərin nəzərində Allaha iman səbəbidirsə, Quran nəzərində imansızlıq səbəbidir. Quran elm və biliyi imanın kökü sayır.
4. Kitab əhli alimlərindən bir qrupu Qurana iman gətirdilər, Quran onların ruhunda dərin iz qoydu.
5. Gerçək elm insanı həqiqət qarşısında itaətə vadar edir.
6. Müxaliflərin əziyyətlərinin ruhumuzu sarsıtmaması üçün bir qrupun haqq qarşısında inadkarlığı zamanı itaət əhlini xatırlamaq lazımdır.
7. Quran o qədər uca və dəyərlidir ki, onun tilavəti alimlərin diqqəti ilə izlənilir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 107-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 107-ci ayəsi nə haqqındadır?
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
Əl-İsra surəsi 107-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 107-ci ayənin təfsiri nədir?
"De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.”Nöqtələr"Xərir” sözündən olan "yəxirrun” sözü yüksəklikdən tökülən su səsi mənasını bildirir. Eləcə də özündən ixtiyarsız Allah qarşısında səcdəyə düşən, təsbih dediyi halda səsi ucalan kəs belə adlanır."Üzü üstə” ("çənəsi üstə”) ifadəsi təvazönün son həddini göstərir. Belə bir səcdədə alından əlavə, üz və çənə torpağa toxunur.Bild...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.