Əl-İsra surəsi · 109-cu ayə

Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər və mütilikləri daim artar.”
Nöqtələr
"Yəxirrunə” təbirinin təkrarlanmasının bir neçə səbəbi ola bilər: onların səcdəsinin təkrarına görə, uyğun kamilliyi dəyərləndirməyə xatir, birinci mərhələdə Tövrat və İncilin vədinə çataraq Quran ayələrinə mərifət üçün səcdə, ikinci mərhələdə mütilik ruhiyyəsinə görə səcdə.
Tövrat və İncildə son Peyğəmbərin (s) gəlişi ilə bağlı dəfələrlə vəd verilmişdir. Ayədə işarə olunur ki, kitab əhlindən bəziləri ilahi vədin gerçəkləşməsini görüb Allaha təsbih deyir, müti halda səcdəyə düşürdülər.
Bildirişlər
1. Yaxşı insanların və möminlərin danışıq və rəftarlarının təkrar bəyanı başqalarının tərbiyəsinə müsbət təsir göstərir.
2. Alimlər Allahı istənilən növ eybdən pak sayırlar. (Allahı nöqsanlı saymaq cəhalətdən qaynaqlanan əqidədir.)
3. Quran tilavəti bəzilərinə bir neçə baxımdan təsir göstərir: əməl, bəyan və qəlb.
4. Quran tilavəti insanı daim yüksəldir.
5. Mərifət və mütiliyin məhdudiyyəti yoxdur. İnsanın mərifəti, həqiqətlə tanışlığı artdıqca onun mütiliyi də artır.
6. İbadət və səcdə halında ağlamaq dəyərlidir.
7. Səcdədə Allah zikri səcdənin dəyərini göstərir.
8. Göz yaşı elmin bərəkət və təsirlərindəndir.
9. Bir anlıq yox, daimi göz yaşı dəyərlidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 109-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 109-cu ayəsi nə haqqındadır?
Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.
Əl-İsra surəsi 109-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 109-cu ayənin təfsiri nədir?
"Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər və mütilikləri daim artar.”Nöqtələr"Yəxirrunə” təbirinin təkrarlanmasının bir neçə səbəbi ola bilər: onların səcdəsinin təkrarına görə, uyğun kamilliyi dəyərləndirməyə xatir, birinci mərhələdə Tövrat və İncilin vədinə çataraq Quran ayələrinə mərifət üçün səcdə, ikinci mərhələdə mütilik ruhiyyəsinə görə səcdə.Tövrat və İncildə son Peyğəmbərin (s) gəlişi ilə bağlı dəfələrlə vəd verilmişdir. Ayədə işarə olunur ki, kitab əhlindən bəziləri ilahi vədin gerçəkləşm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.