Əl-İsra surəsi · 11-cü ayə

İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.”
Nöqtələr
Quranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: "Səndən dərhal əzab istəyərlər.”("Bihar”, c. 17, s. 340 ) Digər bir ayədə kafirlərin dilindən deyilir: "Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” ("Kəhf”, 49 )Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.
Möhtərəm Peyğəmbər (s) buyurur: "İnsanın bir çox çətinliklərinin səbəbi onun tələskənliyidir.”("Kəhf”, 49 )
Bildirişlər
1. İnsanın düşüncə və əməlinin bəlalarından biri tələskənlikdir.
2. İnsan fitrətən xeyirə meyillidir. Ayədə insanın şər istəyinin bir istək olaraq xeyir istəyinə bənzədilməsi bir daha onun əslində xeyirə meyilli olduğunu göstərir.
3. Quranın möhkəm hidayətinə (doğru yol göstərişinə) yol tapmayanlar tələsik halda şər sorağınca gedəcəklər.
4. İnsanın daxilində bir tələskənlik var, amma bu tələskənlikdən düzgün istifadə yerini öyrənməliyik.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 11-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 11-cü ayəsi nə haqqındadır?
İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
Əl-İsra surəsi 11-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 11-cü ayənin təfsiri nədir?
"(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.”NöqtələrQuranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: "Səndən dərhal əzab istəyərlər.”("Bihar”, c. 17, s. 340 ) Digər bir ayədə kafirlərin dilindən deyilir: "Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” ("Kəhf”, 49 )Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.Möhtərəm Peyğəmbər (s) buyurur: "İnsanın bir çox çətinliklərinin səbəbi onun təl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.