Əl-İsra surəsi · 15-ci ayə

Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.”
Nöqtələr
"Ənam” surəsinin 25-ci, "Ənkəbut” surəsinin 13-cü ayələrinə və bir sıra rəvayətlərə əsasən, küfr başçıları öz günah yüklərindən əlavə ardıcıllarının da günah yüklərini çiyinlərinə alarlar. Çünki onlar öz ardıcıllarının doğru yoldan azmalarına səbəb olmuşlar.
Bildirişlər
1. İnsan yol seçimində azad buraxılmışdır.
2. Doğru yolun qəbulu insanın öz xeyrinə, küfr isə onun zərərinədir. İnsanın hansı yolu tutmasının Allaha xeyir-zərəri yoxdur.
3. Hər kəs öz əməlinin cəzasını çəkər.
4. Öncə müsbət işlərdən danışmaq, sonra mənfiləri qeyd etmək lazımdır.
5. Kimsəyə höccəti tamamlamamış, xəbərdarlıq etməmiş əzab vermək Allahın sünnəsi, qanunu deyil. Bəşəriyyətin doğru yolu tutması üçün elə öncədən peyğəmbərlər göndərilmişdir.
6. Xoşbəxt olmaq üçün ağıl bəs etmir, peyğəmbərlərin hidayəti də lazımdır.
7. Peyğəmbərlərin gəlişi axirət sorğusu üçün şərtdir. Sorğuya çəkilən insana öncə peyğəmbərlər vasitəsi ilə vəzifələri aydınlaşdırılmalıdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 15-ci ayəsi nə haqqındadır?
Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
Əl-İsra surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 15-ci ayənin təfsiri nədir?
"Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.”Nöqtələr"Ənam” surəsinin 25-ci, "Ənkəbut” surəsinin 13-cü ayələrinə və bir sıra rəvayətlərə əsasən, küfr başçıları öz günah yüklərindən əlavə ardıcıllarının da günah yüklərini çiyinlərinə alarlar. Çünki onlar öz ardıcıllarının doğru yoldan azmalarına səbəb olmuşlar.Bildirişlər1. İnsan yol seçi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.