Əl-İsra surəsi · 19-cu ayə

Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Axirət istəyən və bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.”
Bildirişlər
1. İnsan iradəyə malikdir və azad buraxılmışdır.
2. Axirət zəhmətsiz əldə olunmur.
3. Axirət səadəti üçün xüsusi səy lazımdır.
4. Dünya səylərindən nəticə əldə etmək üçün iman şərtdir.
5. İman və səy axirət səadəti üçün şərtdir.
6. Möminlər səy göstərib nəticəyə çatsalar da, çatmasalar da, onların zəhməti dəyərləndirilər.
7. Dünyapərəstlərin dünyanı əldə etməsi ehtimal olunursa, möminlərin axirət mükafatı labüddür.
8. İnsanın istək və səyinin onun xoşbəxtliyinə təsiri var.
9. Başqalarının səyinə görə təşəkkür etmək ilahi işdir.
10. Allahın möminlərə təşəkkürü behişt bağlarından üstündür. Çünki hər kəsin təşəkkürü onun vücudundan şölənənən şüa ölçüsündədir.
11. Allah hər səyi bəyənib tərif etmir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 19-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 19-cu ayəsi nə haqqındadır?
Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
Əl-İsra surəsi 19-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 19-cu ayənin təfsiri nədir?
"Axirət istəyən və bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.”Bildirişlər1. İnsan iradəyə malikdir və azad buraxılmışdır.2. Axirət zəhmətsiz əldə olunmur.3. Axirət səadəti üçün xüsusi səy lazımdır.4. Dünya səylərindən nəticə əldə etmək üçün iman şərtdir.5. İman və səy axirət səadəti üçün şərtdir.6. Möminlər səy göstərib nəticəyə çatsalar da, çatmasalar da, onların zəhməti dəyərləndirilər.7. Dünyapərəstlərin dünyanı əldə etməsi ehtimal olunursa, möminlərin axirət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.