Əl-İsra surəsi · 24-cü ayə

Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Mehribanlıq və lütf ilə onları təvazö qanadının altına al və de: "Pərvərdigara! Uşaq vaxtı məni tərbiyə etdikləri kimi, bu iki nəfərə mərhəmət göstər.”
Bildirişlər
1. Övlad istənilən bir məqamda təvazökar olmalı, öz üstünlüyünü valideynin üzünə vurmamalıdır.
2. Övlad riyakarlıq və ya var-dövləti ələ keçirmək məqsədi ilə yox, mərhəmət və məhəbbətlə valideynə təvazö göstərməlidir.
3. Övlad ata-anaya qarşı həm təvazökar olmalı, həm də onlar üçün Allahdan mərhəmət diləməlidir.
4. Övladın ata-ana haqqında duaları qəbul olmasaydı, Allah belə bir duanı tapşırmazdı.
5. Ata-anaya dua həm Allahın əmrinə itaət, həm də valideyn qarşısında şükür nişanəsidir.
6. Dua edərkən "Rəbb” deyə müraciət etməyi unutmayaq.
7. İlahi mərhəmət valideynin tərbiyəçilik rəhmətlərinin əvəzidir. Allah övlada tapşırır ki, məhəbbətini valideynə əsirgəməsin və Allahdan onlar üçün bağışlanma diləsin. Bu yolla övlad öz vəzifəsini yerinə yetirmiş olur.
8. Öz keçmişinizi, uşaqlıq dövrünün çətinliklərini, körpə vaxtı valideynin çəkdiyi əziyyətləri yaddan çıxarmayın.
9. Ata-ana öz övladlarını mehr-məhəbbətlə tərbiyə etməlidir.
10. İnsan öz tərbiyəçilərinə təşəkkür etməli, onların haqqını itirməməlidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 24-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 24-cü ayəsi nə haqqındadır?
Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!
Əl-İsra surəsi 24-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 24-cü ayənin təfsiri nədir?
"Mehribanlıq və lütf ilə onları təvazö qanadının altına al və de: "Pərvərdigara! Uşaq vaxtı məni tərbiyə etdikləri kimi, bu iki nəfərə mərhəmət göstər.”Bildirişlər1. Övlad istənilən bir məqamda təvazökar olmalı, öz üstünlüyünü valideynin üzünə vurmamalıdır.2. Övlad riyakarlıq və ya var-dövləti ələ keçirmək məqsədi ilə yox, mərhəmət və məhəbbətlə valideynə təvazö göstərməlidir.3. Övlad ata-anaya qarşı həm təvazökar olmalı, həm də onlar üçün Allahdan mərhəmət diləməlidir.4. Övladın ata-ana haqqınd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.