Əl-İsra surəsi · 26-cı ayə

Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.”
Nöqtələr
"Bəzr” kökündən olan "təbzir” sözü bədxərclik, israf mənasını bildirir. Məsələn, iki qonaq üçün on qonağın xörəyini hazırlamaq "təbzir” sayılır.
İmam Sadiq (ə) buyurur: "Hər kəs Allaha itaət yolunda yox, başqa yolda nə isə sərf etsə, bədxərc, israfçıdır.”(Ehticaci-Təbərsi”, c. 2, s. 33; "Təfsiri-Nurus-Səqələyn” ) Həzrətdən soruşulur ki, halal xərclərdə də israf varmı? Həzrət buyurur: "Bəli, çünki özünə bir şey saxlamadan varını paylayan şəxs halal məsrəfdə israf etmişdir.”("Kafi”, c. 1, s. 294 )
Bu ayə nazil olduqdan sonra möhtərəm Peyğəmbər (s) qohumların haqqını ödəmək haqqında düşünürdü. Həzrət (s) Allahın əmri ilə Fədək bağını həzrət Fatiməyə bağışladı. (Fədək böyük bir sahə idi və heç bir savaşsız Peyğəmbərin (s) ixtiyarına keçmişdi. Həzrət Peyğəmbər (s) Əhli-beytə (ə) diqqət göstərərək din təbliğində onların iqtisadi dayaqlarını möhkəmləndirmək üçün bu bağı onlara bağışlamışdı. Amma Peyğəmbərin (s) vəfatından sonra Əbu-Bəkr Fədəyi geri aldı. Yalnız Ömər ibn Əbdül-Əziz bu bağı Əhli-beytə (ə) qaytardı. Sonra Fədək yenidən qəsb olundu. Məmunun dövründə Əhli-beytin (ə) ixtiyarına verildi. Çox keçməmiş Peyğəmbərin (s) hədiyyəsi geri qaytarıldı.) Amma həzrətin vəfatından sonra Fədək haqsız olaraq Əhli-beytin (ə) əlindən alındı. Əhli-beyt (ə) öz haqqını geri qaytarmaq üçün bu ayəyə istinad edirdi.
Şiə və sünni təfsirçiləri (məsələn, Təbəri) rəvayətlərə istinadən yazırlar: "İmam Səccad (ə) əsirlik vaxtı karvanla Şama gəldiyi vaxt Əhli-beyt (ə) əsirlərinə ünvanlanmış dinsizlik ittihamına bu ayəyə istinadən cavab vermişdi: "Zəl-qurba” bizik!”("Təfsiri-Furqan” )
Bəzi rəvayətlərdə ayənin xümsə aid olduğu bildirilir. Bəziləri isə ayədə daha üstün, qeyri-maddi məsələlərin nəzərdə tutulduğunu önə çəkir. Onlar bildirirlər ki, ayədə həzrət Əlinin (ə) canişinliyi ilə bağlı vəsiyyət əmri verilir. (İmam Sadiq (ə) bu ayə haqqında buyurur: "Allah rəsuluna canişinlik və peyğəmbər elminə sahiblik Əli ibn Əbi-Talibin (ə) haqqıdır.”(Bax: "Zuxruf”, 36 ) Ayədə "təbzir”-ə qadağa qoymaqla, əslində ifratçılıq qadağan edilmişdir.(Təfsiri-Ətyəbul-bəyan” )
Bildirişlər
1. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan fitri olaraq öncə valideynlərinə, sonra yaxınlarına məhəbbət göstərir. İslamda haqqın ödənməsi göstərişi də buna əsaslanır.
2. İnfaqda növbəni nəzərə almaq lazımdır: öncə valideyn, sonra qohum, sonra fəqirlər və yolda qalanlar.
3. Qohumların bizim boynumuzda haqqı var, onlara minnət qoymayaq.
4. Qohumluq, yoxsulluq və yolda qalmaq xüsusi haqlar yaradır.
5. Qohuma infaq edərkən onun yoxsulluğu nəzərə alınmalıdır.
6. İnfaqda orta həddi gözləmək, ifrata yol verməmək lazımdır.
7. Bədxərclik, israfçılıq haramdır.
8. İnsan öz var-dövlətini xərcləməkdə heç vəchlə azad deyil.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 26-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 26-cı ayəsi nə haqqındadır?
Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
Əl-İsra surəsi 26-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 26-cı ayənin təfsiri nədir?
"Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.”Nöqtələr"Bəzr” kökündən olan "təbzir” sözü bədxərclik, israf mənasını bildirir. Məsələn, iki qonaq üçün on qonağın xörəyini hazırlamaq "təbzir” sayılır.İmam Sadiq (ə) buyurur: "Hər kəs Allaha itaət yolunda yox, başqa yolda nə isə sərf etsə, bədxərc, israfçıdır.”(Ehticaci-Təbərsi”, c. 2, s. 33; "Təfsiri-Nurus-Səqələyn” ) Həzrətdən soruşulur ki, halal xərclərdə də israf varmı? Həzrət buyurur: "Bəli, çünki özünə bir şe...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.