Əl-İsra surəsi · 29-cu ayə

Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.”
Nöqtələr
İmam Sadiq (ə) buyurur: "Məhsur” dedikdə yoxsulluq nisgili başa düşülür.”(Bax: "Hud”, 6 )
Bəziləri bildirirlər ki, məzəmmət ayənin əvvəlindəki xəsisliyə, həsrət və nisgil isə ayənin sonuna, israfçılığa aiddir.
Bir qadın öz oğlunu Peyğəmbərin (s) yanına göndərib, təbərrük üçün bir köynək istədi. Peyğəmbərin (s) başqa bir libası olmadığından öz köynəyini verdi və köynəksiz qaldığından evdən çıxa bilmədi. Ayə nazil oldu ki, əynindəki bircə köynəyi vermək səxavət deyil.
Digər bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) bir qədər qızıl gətirdilər. Həzrət bütün qızılı həmin gün infaq etdi. Növbəti gün bir yoxsul həzrətə ağız açdı. Amma həzrətdə ona vermək üçün bir şey olmadı. Yoxsul şəxs həzrəti qınadı. Peyğəmbər (s) ona bir şey verə bilmədiyi üçün qəmləndi. Sonra bu ayə nazil oldu.(Bax: "Zariyat”, 22 )
Bildirişlər
1. Mömin xəsis olmamalı, ətrafındakılara kömək göstərməlidir.
2. İslam infaqda da orta yolu tutan məktəbdir.
3. İfrat və təfrit məhkum olunur, orta yol bəyənilmiş sayılır.
4. İnfaqda bədxərclik və ifrata varmaq insanın xanənişin olub, içini yeməsinə səbəb olur.
5. İslam heç vəchlə müsəlmanların zilləti ilə barışmır. Müsəlmanı alçaldan istənilən bir iş qadağandır.
6. İşin pis sonluğunu düşünmək həmin işdən uzaq dayanmağa səbəb olur.
7. Müdiriyyət prinsiplərindən biri gələcəyi nəzərə almaqdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 29-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 29-cu ayəsi nə haqqındadır?
Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.
Əl-İsra surəsi 29-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 29-cu ayənin təfsiri nədir?
"Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.”Nöqtələrİmam Sadiq (ə) buyurur: "Məhsur” dedikdə yoxsulluq nisgili başa düşülür.”(Bax: "Hud”, 6 )Bəziləri bildirirlər ki, məzəmmət ayənin əvvəlindəki xəsisliyə, həsrət və nisgil isə ayənin sonuna, israfçılığa aiddir.Bir qadın öz oğlunu Peyğəmbərin (s) yanına göndərib, təbərrük üçün bir köynək istədi. Peyğəmbərin (s) başqa bir libası olmadığ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.