Əl-İsra surəsi · 34-cü ayə

Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Büluğ həddinə çatanadək yetimin malına yalnız ən yaxşı yolla (yetimin xeyri üçün) yaxınlaşın. (Sonra onun malını özünə tapşırın.) Əhdə vəfa edin, (qiyamətdə) əhd-peyman haqqında soruşulacaq.”
Nöqtələr
"Şədd” sözündən olan "əşudd” sözü möhkəm düyün mənasını bildirir. Burada bir insanın öz mülkünə nəzarət edə bilməsi üçün mühüm olan inkişaf mərhələsi, fiziki və ruhi yetkinlik nəzərdə tutulur.
Quran yetimlərin haqlarının qorunmasını, onlara qayğı göstərilməsini, müəyyən işlərin öhdəyə götürülməsini tapşırır. Amma yetimlərin malından sui-istifadə ehtimalı böyük olduğundan bir sıra xəbərdarlıqlar edilir. Belə ki, yetimin malına yaxınlaşmaq belə qadağan olunur. Zülm yolu ilə yetimin malından istifadə od yeməklə bir tutulur.("Bihar”, c. 24, s. 187 )
Ayə nazil olan vaxt müsəlmanlar qorxaraq yetimlərdən uzaqlaşdılar və onları tək buraxdılar. Digər bir ayə nazil oldu. Bildirildi ki, yaxınlaşmaq dedikdə sui-istifadə nəzərdə tutulmuşdur və saleh insanlar təqva bəhanəsi ilə yetimləri tənha buraxmamalıdırlar.("Təfsiri-Əl-Mizan” )
Hədisdə oxuyuruq: "Haqqında soruşulası əhd-peyman Əliyə (ə) məhəbbət, onunla dostluq, ona itaətdir.”("Bihar”, c. 24, s. 187 )
Bildirişlər
1. İslam məhrumların, zəiflərin və yetimlərin dayağıdır.
2. Sui-istifadə ehtimalı olan yerdə daha çox xəbərdarlıq lazımdır. (Bu səbəbdən də həzrət Əli (ə) "Nəhcül-bəlağə”də muzd ilə işləyənin, əkinçinin, qadın və yetimin haqlarının qorunması ilə bağlı xeyli tövsiyə edir.)
3. Var-dövlət o qədər cazibəlidir ki, bəzən ona yaxınlaşmaq da günah və harama düşməklə nəticələnir.
4. Uşaqların da mülkiyyət hüququ var.
5. İrs mülkiyyət səbəblərindən biridir.
6. Yetimin malını sərf edərkən ən üstün və səmərəli yol seçmək şərtdir. (Əgər yetimin malının dövriyyəsi onun üçün faydalıdırsa, bu malı hərəkətsiz saxlamaq olmaz.)
7. Maliyyə əməliyyatlarında yetimlərin mənafeyi nəzərə alınmalıdır.
8. Yetimin malını boş yerə sərf etmək, mənimsəmək qadağandır.
9. Yetim əqli, iqtisadi və fiziki yetkinliyə çatdıqda malını onun öz ixtiyarına vermək olar.
10. İstənilən şəxslə bağlanmış istənilən əhd-peymana vəfalı olaq.
11. Məsuliyyətə diqqət insanı günahdan uzaqlaşdırır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 34-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 34-cü ayəsi nə haqqındadır?
Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin A...
Əl-İsra surəsi 34-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 34-cü ayənin təfsiri nədir?
"Büluğ həddinə çatanadək yetimin malına yalnız ən yaxşı yolla (yetimin xeyri üçün) yaxınlaşın. (Sonra onun malını özünə tapşırın.) Əhdə vəfa edin, (qiyamətdə) əhd-peyman haqqında soruşulacaq.”Nöqtələr"Şədd” sözündən olan "əşudd” sözü möhkəm düyün mənasını bildirir. Burada bir insanın öz mülkünə nəzarət edə bilməsi üçün mühüm olan inkişaf mərhələsi, fiziki və ruhi yetkinlik nəzərdə tutulur.Quran yetimlərin haqlarının qorunmasını, onlara qayğı göstərilməsini, müəyyən işlərin öhdəyə götürülməsini t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.