Əl-İsra surəsi · 39-cu ayə

Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.”
Nöqtələr
Bəzi təfsirçilər deyir: "Hikmə” dedikdə ötən ayələrdə qeyd olunmuş və digər dinlərdə əks olunmuş sabit hökmlər nəzərdə tutulur. İyirmi ikinci ayədə şirkin qadağası ilkin hikmət idi. Bu ayədə şirkin qadağası hikmətlərin sonudur.
Allah bəzən Peyğəmbərə (s) sərt bir xitabla əslində kafirlərə xəbərdarlıq edir. Məqsəd kafirlərin peyğəmbərlərdən ümidlərini üzməsidir. Məsələn, buyurulur ki, əgər Allahdan qeyrisinin sorağınca getsən, cəhənnəmə atılarsan.
Bildirişlər
1. Allahın əmr və qadağaları hikmətə, bəşəriyyətin tərbiyə ehtiyaclarını əhatə edən elmə əsaslanır və ağıla uyğundur.
2. Ağıl və fitrət insanın vəhyə olan ehtiyacını ödəmir. İnsan vəhyə möhtacdır.
3. Şirk o qədər çirkindir ki, hətta Peyğəmbər (s) onun sorağınca getsə məhv olar.
4. Vəhy məktəbi və ilahi qanundan savay bütün yollar və məktəblər məhvə aparır, məhrumiyyət və cəhənnəmlə sonuclanır.
5. Şirkin sonu cəhənnəmdir və müşrik Allahın rəhmətindən uzaq düşəsidir.
6. Müşriklər cəhənnəmdə yanmaqla yanaşı, ruhi əzab da görürlər.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 39-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 39-cu ayəsi nə haqqındadır?
Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.
Əl-İsra surəsi 39-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 39-cu ayənin təfsiri nədir?
"Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.”NöqtələrBəzi təfsirçilər deyir: "Hikmə” dedikdə ötən ayələrdə qeyd olunmuş və digər dinlərdə əks olunmuş sabit hökmlər nəzərdə tutulur. İyirmi ikinci ayədə şirkin qadağası ilkin hikmət idi. Bu ayədə şirkin qadağası hikmətlərin sonudur.Allah bəzən Peyğəmbərə (s) sərt bir xitabla əslində kafirlərə xəbərdarlıq edir. Məqsəd kafirlərin peyğəmbərlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.