Əl-İsra surəsi · 43-cü ayə

(Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!”
Nöqtələr
Müşriklər Allahı qəbul edir, Onu varlıq aləminin yaradıcısı kimi tanıyırdılar. Amma bütləri özləri üçün şəfaətçi və ya Allaha şərik sayırdılar. Ayədə Allahla bütlər arasındakı bu sayaq münasibət inkar olunur. Çünki bütlər nə Allahın qüdrətini əlindən ala bilər, nə də özlərini gücləndirə bilərlər.
Bildirişlər
1. Varlıq aləmi Allahın birliyini təsdiq edən ən üstün dəlildir. (Əgər başqa tanrılar olsaydı, varlıq aləmində rəqabət yaranar, sabit nizam pozulardı.)
2. İftiraya cavab vermək, həqiqəti bəyan etmək lazımdır.
3. Allahın heç bir şəriki yoxdur və Onun müqəddəs zatı ilə danışılan xurafat arasında ölçüyəgəlməz fasilə var.
4. Nə qədər sitayiş olunsa da, yenə Allah dilə gətirilən vəsflərdən üstündür.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 43-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 43-cü ayəsi nə haqqındadır?
(Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!
Əl-İsra surəsi 43-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 43-cü ayənin təfsiri nədir?
"Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!”NöqtələrMüşriklər Allahı qəbul edir, Onu varlıq aləminin yaradıcısı kimi tanıyırdılar. Amma bütləri özləri üçün şəfaətçi və ya Allaha şərik sayırdılar. Ayədə Allahla bütlər arasındakı bu sayaq münasibət inkar olunur. Çünki bütlər nə Allahın qüdrətini əlindən ala bilər, nə də özlərini gücləndirə bilərlər.Bildirişlər1. Varlıq aləmi Allahın birliyini təsdiq edən ən üstün dəlildir. (Əgər başqa tanrılar olsaydı, varlıq aləmində rəqabət yar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.