Əl-İsra surəsi · 45-ci ayə

Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”
Nöqtələr
Quran təqvalıların hidayət vasitəsidir.(Bax: "Fussilət”, 44; "Ənam”, 25; "Kəhf”, 57 )Axirətə əminlik müttəqilərin nişanələrindəndir.("Təfsiri-Ətyəbul-Bəyan” )Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.
Bildirişlər
1. İnsanda hidayət qabiliyyəti olmasa, Peyğəmbərin (s) oxuduğu Quran da ona təsir etməz.
2. İnsanın inadkarlıq və küfründən sonra ilahi qəhr-qəzəb nazil olur.
3. Quran tilavəti insanı kafirlərin şərindən qoruya bilər.
4. Quran tilavəti insanda kafirlərdən uzaqlıq ruhiyyəsi yaradır.
5. Vəhyi dərk etməkdən məhrumluq ilahi əzab və qəzəbdir. Allahın qamçısı səssizdir.
6. Məada iman ilahi dəvətin qəbul amili, məada küfr ilahi maarifin inkar səbəbidir.
7. Allah Öz həqiqətlərini və maarifini yalnız haqq əhlinə açır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 45-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 45-ci ayəsi nə haqqındadır?
Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).
Əl-İsra surəsi 45-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 45-ci ayənin təfsiri nədir?
"Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”NöqtələrQuran təqvalıların hidayət vasitəsidir.(Bax: "Fussilət”, 44; "Ənam”, 25; "Kəhf”, 57 )Axirətə əminlik müttəqilərin nişanələrindəndir.("Təfsiri-Ətyəbul-Bəyan” )Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.Bildi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.