Əl-İsra surəsi · 48-ci ayə

Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.”
Bildirişlər
1. Peyğəmbər, dini rəhbərlər və möminlər düşmənin təbliğat üsulundan xəbərdar olmalıdırlar.
2. Həm haqqın sübutu, həm də həqiqətlərin solğun göstərilməsi üçün misal və təmsildən istifadə etmək olar.
3. Dinə qarşı məntiqlə çıxış edə bilməyənlər müxtəlif misallarla peyğəmbəri təhqir edirlər.
4. İlahi rəhbərə qarşı alçaldıcı hərəkət azğınlıq amilidir.
5. İnsanlar azğınlıq girdabına tədricən yuvarlanırlar. Öncə pis danışıq və yersiz məsəllər, sonra azğınlıq, daha sonra isə çıxılmaz vəziyyət.
6. Küfrün sonu yoxdur. Kafirlər müxtəlif böhtanlardan, yersiz məsələlərdən istifadə etsələr də, yenə müvəffəqiyyət qazanmadılar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 48-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 48-ci ayəsi nə haqqındadır?
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
Əl-İsra surəsi 48-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 48-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.”Bildirişlər1. Peyğəmbər, dini rəhbərlər və möminlər düşmənin təbliğat üsulundan xəbərdar olmalıdırlar.2. Həm haqqın sübutu, həm də həqiqətlərin solğun göstərilməsi üçün misal və təmsildən istifadə etmək olar.3. Dinə qarşı məntiqlə çıxış edə bilməyənlər müxtəlif misallarla peyğəmbəri təhqir edirlər.4. İlahi rəhbərə qarşı alçaldıcı hərəkət azğınlıq amilidir.5. İnsanlar azğı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.