Əl-İsra surəsi · 51-ci ayə

ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Ya da nəzərinizdə ondan möhkəm olan bir məxluq ola (yenə Allah sizi ikinci dəfə dirildə bilər). Onlar tezliklə deyəcəklər: "Kim bizi yenidən qaytarar?” De ki, sizi ilk dəfə yaradan kəs. Tezliklə (təəccüb içində) başlarını sənə doğru tərpədib deyərlər: "O gün nə vaxt olacaq?” De ki, bəlkə də, yaxın vaxt!”
Nöqtələr
İnsan ölümdən sonra çürüyüb torpaq olsa da, torpaq həyat qaynağıdır. Bitkilər torpaqdan göyərir, torpaqda inkişaf edən mövcudlar var. Demək, ölüləri torpaqdan diriltmək Allah-təala üçün çətin deyil. Siz torpaq yox, daş və dəmir olsanız belə, yenə Allah həyatdan uzaq olan bu tərkiblərdən sizi dirildəcək.
Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar yalnız soruşurlar ki, bizi kim, nə vaxt və necə dirildəcək? Quran belə cavab verir ki, sizi öncə heçdən yaradan Allah yenidən diriltmək qüdrətinə malikdir. Bu vəd bir o qədər də gec yox, bəlkə də, tezliklə gerçəkləşər!
Bildirişlər
1. Peyğəmbərə (s) sualları, şübhələri və iradları cavablandırmaq əmr olunub.
2. Ölüləri - daşa və dəmirə dönmüş olsalar belə - diriltmək Allah üçün asandır.
3. Məad cismanidir.
4. Bir çox şeylər bizim düşüncə və qəlbimizdə böyük görünür. Amma əslində onlar böyük deyil.
5. Allahın qüdrətindən xəbərsizlik məadın inkarına səbəb olur.
6. İnadkar insanlar dəlil eşitdikdə belə istehza və inkar səbəbindən başlarını yırğalayırlar.
7. Dünya həyatı axirətlə müqayisədə qısadır. Hər bir insan ölüm və qiyaməti yaxın bilməlidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 51-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 51-ci ayəsi nə haqqındadır?
ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulay...
Əl-İsra surəsi 51-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 51-ci ayənin təfsiri nədir?
"Ya da nəzərinizdə ondan möhkəm olan bir məxluq ola (yenə Allah sizi ikinci dəfə dirildə bilər). Onlar tezliklə deyəcəklər: "Kim bizi yenidən qaytarar?” De ki, sizi ilk dəfə yaradan kəs. Tezliklə (təəccüb içində) başlarını sənə doğru tərpədib deyərlər: "O gün nə vaxt olacaq?” De ki, bəlkə də, yaxın vaxt!”Nöqtələrİnsan ölümdən sonra çürüyüb torpaq olsa da, torpaq həyat qaynağıdır. Bitkilər torpaqdan göyərir, torpaqda inkişaf edən mövcudlar var. Demək, ölüləri torpaqdan diriltmək Allah-təala üçün ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.